• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayə bazarında son vəziyyət

Kirayə bazarında son vəziyyət
06.09.2016 12:15
Yeni dərs ilinin başlaması tələbatı artırıb və qiymətlərdə xeyli artım müşahidə edilir.

Əgər kirayə evə çıxmaq haqda düşünürsünüzsə, əmin olun ki, bunun üçün sentyabr ayı ən uğursuz seçimdir. Çünki avqustun sonlarından etibarən mənzillər paytaxtda kirayə bazarının əsas müştəriləri olan tələbələr tərəfindən tutulmağa başlayır.

ANN.Az bu barədə "Qafqazinfo.az”a istinadən xəbər verir.

Hələ bu ilin iyununda daşınmaz əmlakla bağlı elan saytları kirayə mənzillərin qiymətinin 50%-ə qədər ucuzlaşdığını bildirmişdi. 

Hətta Bakının mərkəzi hissələrində kirayə mənzillər daha çox ucuzlaşmışdı. Belə ki, "28 May”da 350 manatlıq evlər 220 manata, Yasamal, Gənclik, Elmlər Metrosu və Nərimanov rayonu hissələrində isə əvvəl 500 manata kirayə verilən 2 otaqlı mənzilləri 280 manata düşmüşdü.

Mərkəzdə yerləşən bir neçə daşınmaz əmlak ofisi ilə əlaqə saxlanıb. Məlum olub ki, ötən aylara nisbətən hazırda kirayə ev qiymətlərində xeyli artım var.

Xüsusilə də "Nərimanov”, "Gənclik”, "28 May” və digər mərkəzi metro stansiyalarının yaxınlığındakı evlərdə artım müşahidə edilir. Maklerlər bunun əsas səbəbini isə yeni dərs ilinin başlaması ilə əlaqələndirir:

"2 ay əvvələ kimi xeyli ev var idi. Hazırda tələbələr bütün evləri tutub. Tələbat olduğu üçün də ev sahibləri qiymətləri qaldırıb. "Gənclik” metro stansiyasının yaxınlığında 300 manata normal 2 otaqlı ev tapmaq olurdusa, indi bu qiymət olub 400-450 manat. Hazırda heç tələbələrə belə ev çatdırmaq olmur. Bu gün boşalan ev elə bu gün də tutulur”.

Maklerlərin sözünə görə, kirayə evlərin sayının azalmasına digər bir səbəb isə paytaxtın müxtəlif rayonlarında gedən söküntü işləridir. Həmin ərazilərdən kirayə çıxarılan vətəndaşlar daha çox mərkəzi hissələrdə ev axtarır:

"Hazırda ailə və tələbə qızlara ev tapmaq nisbətən asandır. Ancaq dərslərin başlanmasına çox qısa vaxt qalsa da, heç kim oğlan tələbələrə ev vermək istəmir. Heç olmasa, onlara yataqxanalarda yer verilsəydi, daha rahat olardılar”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol