• $
  • €
  • ₽
  • ₺
  • £

"İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb"

"İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb"
07.09.2016 11:57
Sentyabrın 19-21-də Bakı Ekspo Mərkəzində "İran Proje-2016" neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika və su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə II ixtisaslaşmış sərgisi keçiriləcək.

ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərə əsasən, İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə deyib ki, sərgidə İran istehsalı olan və əsasən neft-kimya, neft-qaz, tikinti-inşaat, energetika, avtomobil istehsalı və qida sənayesi, kənd təsərrüfatı, su təchizatı, nəqliyyat və tibbi avadanlığı əhatə edən məhsullar nümayiş etdiriləcək: "İran Azərbaycan münasibətləri günü-gündən inkişaf edir. 2016-cı ilin 6 ayı ərzində ticarət dövriyyəsi 70% artıb. Bu müddət ərzində həm ixrac, həm də idxal artıb. Bu ilin 6 ayında Azərbaycanın İrana ixrac etdiyi məhsulların həcmi daha çox artıb. 

İlin sonuna kimi Azərbaycanın İrana ixrac etdiyi məhsullarının həcminin daha da artacağını gözləyirik. Biz iqtisadiyyat sahəsində əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda, sərgi iştirakçıları İranın bank, sığorta və turizm sistemindəki xidmətləri ilə yaxından tanış olacaqlar. Sərgidə 50-yə yaxın şirkət iştirak edəcək. Bundan başqa, sərgidə dövlət və özəl sektorun nümayəndələri, təşkilat və qurum rəhbərləri, iş adamlarının iştirakı gözlənilir. 

Sərginin keçirilməsində əsas məqsəd iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, nəticədə, iki ölkə arasında ticarət mübadiləsinin həcminin daha da artırılmasından ibarətdir".
 
Sərgi çərçivəsində sentyabrın 20-də Azərbaycan-İran biznes-forumunun keçirilməsi nəzərdə tutulur. Biznes-forumda İran və Azərbaycanın dövlət və özəl sektorunun nümayəndələri, iş adamları, şirkət rəhbərləri və istehsalçıları iştirak edəcəklər. Forumdan sonra ikitərəfli iqtisadi müzakirələr aparılacaq.
 
Biznes forumda İrandan 150, Azərbaycandan isə 300 iş adamının iştirakı gözlənilir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol