• $
  • €
  • ₽
  • ₺
  • £

“Parking” zamanı diqqətli olun - Agentlikdən xəbərdarlıq

“Parking” zamanı diqqətli olun - Agentlikdən xəbərdarlıq
08.09.2016 11:18
Bir müddət əvvəl qanunsuz parklamanın qarşısını almaq üçün parkomat sisteminin tətbiqinə başlanılsa da, hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı bakı Nəqliyyat Agentliyi yayıb. Agentlik bildirib ki, hazırda Bakı şəhərində nəqliyyat axınında sıxlığın yaranmasına səbəb olan ən başlıca amillərdən biri avtomobillərin düzgün park edilməməsidir. Bu səbəbdən də parkomat sisteminin tətbiqinə başlanılıb. Müəyyən olunmuş ərazilərdə sürücülər üçün avtomobillərini yalnız bu ərazilərdə park etmələri məqsədilə xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir.

Bundan əlavə, məlumat üçün bildirilib ki, paytaxtda parkomatlar quraşdırılan və eyni zamanda, avtomobilin saxlanmasını qadağan edən yol işarələri qoyulmuş ərazilər də mövcuddur. Bununla bağlı olaraq, Bakı Nəqliyyat Agenliyi tərəfindən monitorinqlərə başlanılıb. Bütün bu proseslərə nəzarət etmək məqsədilə, İNS layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış 44 parklamaya nəzarət kameraları bərpa edilib. Bu nəzarət kameraları növbəli iş rejimində olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət tərəfindən müşahidə edilir. Gün ərzində işçi qrup tərəfindən aşkarlanan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol