Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır

Azərbaycanda auditor xidmətinin göstərilməsinə dair müqavilələrin sayı azalmağa başlayıb.
Auditorlar Palatasından "Report"a verilən xəbərə görə, cari ilin birinci yarısında auditor xidmətinin göstərilməsinə dair 2 042 ədəd müqavilə imzalanıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayında 10% azalma qeydə alınıb.
Xatırladaq ki, Azərbaycanda məcburi auditdən keçmə səviyyəsi aşağıdır. 2015-ci ildə Azərbaycanda 67 500 məcburi audit subyekti olub ki, bunun da yalnız 1 458-i auditdən keçib. Belə ki, auditdən keçməli olan subyektlərin 97,8%-i auditdən yayınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















