• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 10 minədək POS-terminal ləğv edilib

Bu il 10 minədək POS-terminal ləğv edilib
21.09.2016 18:00
Azərbaycanda bu ilin iyul ayı ərzində POS-terminalların ümumi sayı 3,7% və ya 2 730 ədəd azalaraq avqustun 1-nə 70 492 ədəd təşkil edib. 

Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. 

Məlumata görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 9 809 ədəd və ya 12% azalıb. Ölkə üzrə mövcud POS-terminalların 39 570 ədədi və ya 56 %-i Bakıda, 44%-i və ya 30 922 ədədi regionlarda yerləşir.

Cari il avqustun 1-nə əsasən ölkədə mövcud olan POS-terminallların 69 526 ədədi pərakəndə ticarət, iaşə və digərt xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 372 ədəd azalma deməkdir.

Qeyd edək ki, 2016-cı il avqustun 1-nə Azərbaycan əhalisinin hər 140 nəfərinə 1 POS-terminal düşüb. Bu göstərici ilin əvvəlindən 120 nəfər/POS-terminal olub.

Bir POS-terminala düşən əməliyyatların orta aylıq məbləği iyulda 1 419,9 manat olub ki, bunun da 583,6 manatı ticarət və xidmətdə olan POS-terminalların payına düşüb. Əvvəlki ayda isə bu göstərici müvafiq olaraq 1 399,2 manat və 572,8 manat olub. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol