• $
  • €
  • ₽
  • ₺
  • £

İntensiv yağışlar Azərbaycanda üzümlükləri yararsız vəziyyətə salıb

İntensiv yağışlar Azərbaycanda üzümlükləri yararsız vəziyyətə salıb
21.09.2016 18:40
Bu ilki intensiv yağışlar Azərbaycanda üzümlüklərin yararsız vəziyyətə düşməsinə səbəb olub. 

"Report"un əldə etdiyi məlumata görə, respublika üzrə üzüm məhsulunun təxminən 70%-ı məhv olub və təhlükəli xəstəlik hesab edilən "mildiu"nun yaranmasına gətirib çıxarıb. 

Bütün bölgələrdə müşahidə edilən bu xəstəlik üzüm tənəklərinin ən təhlükəli göbələk xəstəliklərindən biridir. O, özünü əsasən yalançı unlu şeh şəklində büruzə verir.

Mütəxəssislər hesab edirlər ki, üzümlüklərə vaxtında, mövsüm və hava şəraitinə, eləcə də torpağın xüsusiyyətlərinə uyğun şəkildə düzgün aqrotexniki qulluq göstərildikdə bu xəstəliyin qarşısını almaq mümkün olur. Məsələn, SSRİ dövründə respublikaya intensiv yağıntılar düşərkən traktorlar sahəyə daxil olur və mistərkibli dərmanlarla bu cür xəstəliklərin qarşısı alardılar. Lakin hazırda fermerlərin böyük əksəriyyəti, eləcə də fərdi həyətyanı sahələrində üzüm yetişdirənlər mütəxəssis rəyi olmadan standart şəkildə aqrotexniki qulluq göstərməyə çalışırlar. Bu isə çox vaxt istənilən nəticənin əldə olunmasına imkan vermir. 

Mütəxəssislər böyük potensiala, güclü genefonda malik bu cür sahənin itməməsi və daha düzgün şəkildə inkişaf etməsi üçün xüsusi koordinasiya mərkəzinin yaradılmasını zəruri hesab edirlər. Onların fikrincə, fermerlərin, ümumiyyətlə, üzümçülüklə məşğul olan şəxslərin əlaqə yarada biləcəkləri, mütəmadi şəkildə müraciət edib tövsiyə ala biləcəkləri, bir sözlə, onlarda bu cür mədəniyyəti və etimadı formalaşdıracaq mərkəzin yaradılması üzümçülüyün, bütövlükdə, bağçılığın dirçəlməsində böyük rol oynaya bilər. Buna əyani misal kimi Türkiyədə fəaliyyət göstərən xüsusi Üzüm İstehsalı Birliyi göstərilir. Bu birlik üzümçülərə müasir texnikalardan istifadə etmək, məhsulun keyfiyyətini artırmaq, onu daxili və xarici bazarda reallaşdırmaq məsələlərində lazımi dəstək göstərir. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol