Aydın Əliyevdən bəzi sahibkarlara xəbərdarlıq

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sahibkarlara müraciət edib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, "Caspian European Club”un təşkilatçılığı ilə keçirilən biznes forumda A.Əliyev gömrük rəsmiləşdirilməsində qanun pozuntusuna yol verən sahibkarlara xəbərdarlıq ünvanlayıb:
"Mən iş adamlarının və mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək "ikili invoys”la işləyən sahibkarları bu cəhdlərindən əl çəkmələrinə çağırıram.
Biz istəməzdik ki, iş adamları əziyyət çəksinlər. Lakin bu, o demək deyil ki, artıq rəsmiləşdirilməsi bitmiş mallar üzərində biz öz tədqiqatımızı davam etdirməyəcəyik.
Biz əməkdaşlıq etdiyimiz digər ölkələrin gömrük orqanları ilə qiymətlərin müəyyən edilməsi ilə bağlı da addımlar atırıq və sonra da əldə edilmiş rəsmi məlumatlara əsasən həmin idxalçıların büdcə ödəmələrini tam şəkildə həyata keçirməsinə nail oluruq”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















