• $
  • €
  • ₽
  • ₺
  • £

"Neft 30 dollara qədər ucuzlaşa bilər"

"Neft 30 dollara qədər ucuzlaşa bilər"
23.09.2016 16:21
 Neftin hər barrelinin qiyməti yaxın illərdə 30 dollara, 20 illik müddətdə isə daha da aşağı enə bilər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin verib.

O, bu barədə Moskvada keçirilən maliyyə forumunda danışıb. Onun sözlərinə görə, neft ucuzlaşdıqdan sonra Rusiyanın dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun (ÜDM) 3,7-3,9%-nə çatıb: "Amma cari neft qiymətləri fonunda bu da yüksək rəqəmdir".

"Neftin qiyməti hər barrel üçün 40 deyil, 30 dollar olsa, nə baş verəcək? Nəzəri olaraq neft bu il olmasa da, yaxın illərdə 30 dollara qədər ucuzlaşa bilər. Mən şəxsən 20 illik dövr ərzində qiymətlərin bu səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırıram. Belə ki, Çin iqtisadiyyatında yaranan böhran nəticəsində neft bazarında təklifin artması və digər mənfi hallar bunu deməyə əsas verir. Biz buna hazır olmalıyıq", - M.Kudrin çıxışında bildirib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol