• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kredit büroları yaradılacaq

Azərbaycanda kredit büroları yaradılacaq
30.09.2016 21:56
Azərbaycanda kredit büroları yaradılacaq.

"Report”un xəbərinə görə, bu, "Kredit büroları haqqında” qanun layihəsində nəzərdə tutulub. 

Layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsini Milli Məclisə Prezident İlham Əliyev təqdim edib.

Komitə sədri qeyd edib ki, kredit bürolarının yaradılmasında məqsəd fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasıdır. 

Onun sözlərinə görə, kredit bürolarını xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq: "Kredit bürolarında toplanmış məlumat bazasından borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq. Kredit bürosu topladığı fərdi məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 5 il müddətinə saxlayır və həmin fərdu məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra fərdi məlumat ləğv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir”.

Z.Səmədzadə qeyd edib ki, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq: "Dünyanın bir çox ölkələrində kredit büroları yaradılıb. Azərbaycanda da belə bir qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Hazırki qanun layihəsi beynəlxalq standartlara uyğun hazırlanıb”.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ilə bankların üzləşdikləri risklər xeyli azalacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol