• $
  • €
  • ₽
  • ₺
  • £

AMB valyuta hərracı qaydalarını dəyişir

AMB valyuta hərracı qaydalarını dəyişir
03.10.2016 18:14
Mərkəzi Bank valyuta hərraclarının keçirilməsi qaydalarını dəyişir. 
 
ANN.Az fins.az-a istinadən xəbər verir ki, yeniliklər sırasında diqqəti cəlb edən mühüm xəbər - kommersiya banklarının hərracda xarici valyuta sata bilməsi ilə bağlıdır. Hərracın keçirilməsi mexanizmində də ciddi dəyişikliklər gözlənilir.

Hərrac 3 sessiyalı olacaq
 
Yuxarıda qeyd etdiyimiz kimi, artıq kommersiya bankları həm də xarici valyuta qismində satışını  təmin edə biləcək. Hərrac 3 sessiyadan ibarət olacaq. Mərkəzi Bank tərəfindən alış və satış kursu müəyyən ediləcək. Bu kursa əsasən 1-ci sessiyada ishtirakçı tərəflər müəyyən olunmuş dəhliz aralığında alıcı və ya satıcı qismində iştirak etdiklərini müəyyən edəcəklər. 1-ci sessiyanın sonunda tərəflərin valyutaya olan tələbatına əsasən 2 sessiyada yəni kurs müəyyən olunur. Yəni dollar satan coxdursa, məzənnə düşəcək, alan çoxdursa məzənnə qalxacaq.
 
Hərraca çıxarılacaq vəsaitin məbləği bilinməyəcək
 
Əsaslı dəyişikliklərdən biri budur ki, hərraca nə qədər vəsaitin çıxarılacağı da bilinməyəcək. Yəni bütün proses tələb və təklifin üzərində qurulacaq. Belə ki, ikinci sessiyada kurs dəyişəcək. 2-ci sessiyanın yekunundan sonra rəqəmlər Mərkəzi Bank tərəfinden yenidən təhlil olunur və 3-cü sessiyaya son dəhliz çıxarılır.

Hər bir sessiyada iştirakçılar satıcı və ya alıcı qismində iştirakçılıqlarını dəyişə bilərlər. Yəni, məsələn, həraca dollar almaq üçün qatılan bank, dolların məzənnəsinin yüksək olduğunu görüb, mövqeyini dəyişə və dollara satan tərəfi kimi çıxış edə bilər.

Tələb olunan məbləğin alınması və ya satılması isə Mərkəzi Bankın zəmanəti ilə həyata keçirilir. Qeyd edək ki, 1-ci sessiyanın əvvəlindəki kurs son günün kursu kimi qəbul olunacaq. Yəni dünən məzənnə 1.62 olmuşdusa, bu gün hərrac həmin məzənnə ilə açılacaq.

Bu mexanizm «üzən məzənnə» sxemini tətbiq edən büün ölkələrdə mövcuddur.  Rusiya Mərkəzi Bankı da valyuta bazarını eyni üsulla idarə edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol