• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəb turistləri: Azərbaycana qışda da gələcəyik

Ərəb turistləri: Azərbaycana qışda da gələcəyik
10.10.2016 10:44
Yay aylarında Azərbaycana böyük axını müşahidə olunan ərəb turistləri Bakını qışda da ziyarət etmək niyyətindədirlər. 

Bu barədə Fins.az-a paytaxtda səfərdə olan turistlər bildiriblər.

2016-cı ilin yay turizm mövsümü körfəz ölkələrindən olan turistlərin ölkəmizə böyük axını ilə yadda qalıb. Təkcə rəsmi statistikaya görə, ilk 6 ayda ölkəmizə gələn körfəzli turistlərin sayı 8 dəfə artıb. Ərəb turistləri təkcə Bakıda deyil, ölkənin bölgələrinə də səfər edərək turizm və ticarət obyektlərinin uzunmüddətli və gəlirli işləməsini təmin ediblər.

Bəzi turistlər bildirir ki, yay aylarında Azərbaycanda müşahidə olunan nisbətən sərin hava (körfəz ölkələri ilə müqayisədə) turistləri bundan sonra da cəlb edəcək.

İraqlı turist Abdul Abbas deyir ki, onların ölkəsində Azərbaycandakı kimi fərqli iqlim yoxdur. Onun sözlərinə görə, dostları və ailəsi Bakının sərin havasına "sadəcə vurulub”.

İraqdan gələn digər turist Bilal İyad da sərin havasına görə, Azərbaycana qışda da gələcəyini bildirir: "Çünki İraqda buradakı kimi sərin hava yoxdur”. Bilal Bakıya bu dəfə dostları ilə gəlib, qışda isə Azərbaycana ailəsini də gətirəcəyini deyir. Onlar Qız Qalası, Şirvanşahlar, İçərişəhər və digər görməli yerlərdə olduqlarını söyləyiblər.

İraqlı turistlər Bakıda 5 ulduzlu hoteldə qaldıqlarını, buna görə adambaşına 550 dollar ödədiklərini də bildiriblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol