• $
  • €
  • ₽
  • ₺
  • £

Dollara təzyiq artır

Dollara təzyiq artır
12.10.2016 13:30
 Son dövrlər bahalaşmaqda olan dollar bugünkü hərraclarda təzyiqlə üzləşib, Böyük Britaniya funt sterlinqi isə bir neçə gün ərzində qarşılaşdığı itkilərin bir qismini kompensasiya edib.
 
"APA-Economics" xəbər verir ki, funt 1,28% bahalaşaraq $1,2272 səviyyəsinə yüksəlib. Xatırladaq ki, ötən gün Britaniya valyutası $1,2086 səviyyəsində qərarlaşıb. Üstəlik, ötən gün keçirilən hərraclarda funt 31 illik minimum hesab olunan $1,1450 səviyyəsinə doğru irəliləyirdi. Buna investorların "Brexit"in krallığın iqtisadiyyatına gözləniləndən daha böyük zərər vurması ehtimalı səbəb olub. Böyük Britaniyanın baş naziri Tereza Meyin parlamentin "Brexit"lə bağlı planına dəstək verməsi funtu möhkəmləndirib.
 
Dolların indeksi 0,04% azalaraq hələlik 97,652 bənd səviyyəsində qərarlaşıb. Ötən gün ABŞ valyutasının indeksi 97,758 bənd səviyyəsində olub ki, bu da cari ilin mart ayından etibarən maksimum sayılır.
 
Dollar 0,1% artaraq 103,60 Yaponiya yeninədək bahalaşdığı halda, avro $1,1052 səviyyəsində stabilləşib.
 
Bu arada Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması ehtimallı bazar iştirakçıları tərəfindən 70%-dək yüksəlib.
 
Bu gün FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin son iclasının protokolu açıqlanacaq. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol