• $
  • €
  • ₽
  • ₺
  • £

Funt sterlinq ehtiyat valyuta statusunu itirir

Funt sterlinq ehtiyat valyuta statusunu itirir
12.10.2016 23:30
İngilis funt-sterlinqinin məzənnəsinin zəifləməsi onu dünyanın ehtiyat valyutasından daha çox inkişaf etməkdə olan ölkənin valyutasına bənzədir.
 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda əksər iqtisadçı-ekspertlər bu qənaətdədir. 

Onlar funtla bağlı yaranmış vəziyyəti Böyük Britaniyanın dünyadakı iqtisadi mövqeyini itirməsi kimi qiymətləndirirlər. Çünki, 1 il bundan əvvəl 1 funt almaq üçün 1,55 dollar ödəmək lazım idisə, hazırda 1,22 dollar kifayətdir. Son 4 gündə ingilis pulu Amerika valyutasına nisbətdə dəyərini 5% itirib.
 
"Brexit" səsverməsindən bəri isə funtun məzənnəsi 18% zəifləyib.

Avropa İttifaqını (Aİ) tərk etməklə bağlı qərarın gətirdiyi qeyri-müəyyənliklər fonunda Britaniya aktivlərinin sürətlə dəyərdən düşməsi və milli valyutanın zəifləməsi investorların funta inamını getdikcə daha da azaldır. İş adamlarını ən çox naharat edən məsələ isə ölkə ilə ticarət əlaqələrinin tam dayandırılması ehtimalıdır. 

Yaponiyanın "Nomura holdings" maliyyə holdinqinin təmsilçisi Cordan Roçester (Jordan Rochester) bildirib ki, adətən ehtiyat valyutalar faizlərin aşağı səviyyədə olduğu vaxtlarda investisiya aləti kimi istifadə olunur və daha sonra faizlər artmağa başladıqca onların aid olduğu ölkənin istiqrazlarına axın baş verir: "Lakin Britaniyada biz həm istiqrazlardan kapital axınını, həm də funtdan qaçış olduğunu görürük ki, bu da bizə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarını (emerging markets) xatırladır".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol