• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət "qara bazar"ı yox edir

Dövlət "qara bazar"ı yox edir
17.10.2016 15:34
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni qərarına əsasən, vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə, 10 min dollardan çox vəsaiti valyuta mübadilə şöbələrində dəyişə bilərlər. Qərar oktyabrın 13-dən etibarən qüvvəyə minib.

Mərkəzi Bankın bu qərarı qəbul etməsinin səbəbi nədir? Banklar bu işin öhdəsindən təkbaşına gələ biləcək, yoxsa valyuta mübadilə məntəqələrini yenidən bərpa edəcək? 

Bu sualları ANN.Az-a iqtisadçı-ekspert Qubad İbadoğlu cavablandırıb.
 


İqtisadçının sözlərinə görə, Mərkəzi Bank çalışır ki, belə qərarlarla Azərbaycanda manatı tam sabitləşdirsin: 

"Əvvəllər 500 dollara qədər limit var idisə, indi bu limitin 10.000 dollara kimi artırılmasını nümayiş kimi də qəbul etmək olar. Yəni, Mərkəzi Bank ictimaiyyətə göstərməyə çalışır ki, dollar limitini aradan qaldırırıq. Bundan əvvəl tətbiq edilən məhdudiyyətlər də onu göstərdi ki, bu, daha çox "qara bazar”ın əmələ gəlməsinə yol açır. Çünki əhali məcbur qalıb daha böyük valyuta mübadiləsini "qara bazar”da, az miqdarda dolları isə banklarda dəyişirdilər. Mərkəzi Bank bu addımı ilə bir növ "qara bazar”ı yox etmək niyyətindədir”. 

Ekspert bildirir ki, bu, düzgün yanaşmadır. Çünki kiçik məbləğlərdə tətbiq edilən əvvəlki  məhdudiyyətlər həm də vaxt itkisi idi:

"Banka gedib sənəd təqdim etmək və s. Bu baxımdan düşünürəm ki, sərbəst şəkildə valyutanın dəyişməsi nəinki banklarda, hətta əvvəlki kimi valyuta mübadilə məntəqələrində də təşkil edilməlidir. Mərkəzi Bankdan da növbəti addım kimi valyuta mübadilə məntəqələrinin bərpasını gözləyirik”. 

Devalvasiya ilə bağlı yayılan şaiyələrə münasibət bildirən ekspert bu təhlükənin hər zaman olduğunu dedi: 

"AMB-nin 10.000 dollar dəyişəndə şəxsiyyət vəsiqəsini tələb etməsinin devalvasiya ilə əlaqəsi yoxdur. Lakin dünya iqtisadiyyatındakı mövcud durumu nəzərə alsaq, Azərbaycanda devalvasiya təhlükəsinin qaçılmaz olduğunu demək olar”.
 
Mərkəzi Bankın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, qəbul edilmiş yeni qərarda söhbət valyuta mübadilə məntəqələrinin yenidən bərpa edilməsindən deyil, bank tərkibində olan valyuta məntəqələrindən gedir.    
 
Xatırladaq ki, 2016-ci il yanvar ayının 7-dən (ikinci devalvasiyadan sonra) etibarən bank və valyuta dəyişmə məntəqələrində 500 dollarlıq limit tətbiq edilmişdi.  

Orxan Aslanlı
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol