• $
  • €
  • ₽
  • ₺
  • £

“BakuBus”dan daha bir YENİLİK

“BakuBus”dan daha bir YENİLİK
17.10.2016 16:44
Sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədi ilə "BakuBus” avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə başlayıb.

Bu haqda "BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məlumat verib.

O bildirib ki, gün ərzində "BakuBus” avtobuslarında səsləndiriləcək məlumatlarda paytaxt sakinləri və şəhərimizin qonaqları əsasən ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydalarını dinləyəcəklər:

"Belə ki, ardıcıl olaraq təhlükəsiz şəkildə sərnişinlərin dayanacağa yaxınlaşması, avtobusa daxil olması, yolboyu avtobusun içərisində digər sərnişin və sürücülərlə münasibəti, avtobusda yolçuluq zamanı texniki təhlükəsizlik və nəzakət qaydaları sərnişinlərin diqqətinə davamlı çatdırılacaq.

Hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulan müddəalara və beynəlxalq standartlara uyğun olaraq hazırlanmış təhlükəsizlik və davranış qaydalarını ictimai nəqliyyatdan istifadə edən hər kəsin bilməsi sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün böyük əhəmiyyət daşıyacaq”.

Onun sözlərinə görə, sərnişinlər mənzil başına çatdıqdan sonra avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla tanış olacaqlar. 

"Ümid edirik ki, mütəmadi şəkildə səsləndiriləcək bu qaydalar sərnişin - sürücü və sərnişinlərin bir-biri ilə münasibətlərinə öz müsbət töhfəsini verməklə yanaşı avtobusların salonuna yeni abu-hava gətirəcək və daha sivil mühitin formalaşmasına şərait yaradacaq. "BakuBus” sərnişindaşımada ən müasir standartların tətbiqini gələcəkdə də davam etdirəcək”.//Modern.az 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol