Bu yolda hərəkət məhdudlaşdırıldı - XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.
Qurumdan verilən məlumata görə, Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçirildiyindən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























