• $
  • €
  • ₽
  • ₺
  • £

"SOCAR-da tanış, dost, dayı keçmir" - Vitse-prezident

"SOCAR-da tanış, dost, dayı keçmir" - Vitse-prezident
26.10.2016 11:56
"Mətbuatda oxuyuram ki, tanınmış futbolçu cəmiyyətdəki etibarından istifadə edərək dələduzluq edib, başqasının 200 min manatdan çox pulunu mənimsəyib. Bəlkə də bu mənim diqqətimi o qədər də cəlb etməzdi, çünki belə dələduzluq faktlarına mətbuatda vaxtaşarı rast gəlmək olur. Burada mənim diqqətimi SOCAR-a işə adam düzəltmək bəhanəsi ilə özgəsinin 20 min manat pulunu alıb, qocaman, hamının sevimlisi, futbol azərkeşi, heç kimə yox deməyi bacarmayan, korifeyimiz, akademikimizin yanına aparması və zərərçəkənin sənədlərini ona təqdim etməsi çəkir”.

ANN.Az xəbər verir ki, bunu SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "Facebook” hesabında yazıb.

"Tutaq ki, alınsaydı və o adam işə götürülsəydi, əslində mümkün olsaydı, o, kişiyə heç kim imtina etməzdi. Bu, indi qəti mümkün olmadığından, sistemin buna imkan vermədiyindən alınmayıb. Nə olardı? Sevimli, təmiz, nümunəvi ağsaqqal bir insanın adına, nüfuzuna nə qədər kölgə salardı, Bu futbolçunun hərəkətinə yazıqlar olsun”, - deyə Məmmədov qeyd edib.

X. Məmmədov bildirib ki, SOCAR-da işə qəbul yalnız müsabiqə yolu ilə mümkündür: "Deyirik, yazırıq, dəfələrlə İnsan Resurslarının Departamentinin rəhbərliyi bəyanatlar yayır. SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyyar, bilik, səriştə, bacarıqdır. Burada tanış, dost, dayı keçmir”.
 
Kamil ƏMİRLİ

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol