• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni unikal bərələr tikiləcək

Azərbaycanda yeni unikal bərələr tikiləcək
26.10.2016 16:15
Oktyabrın 26-da Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə yeni unikal gəmi-bərənin tikintisi üzrə müqavilənin imzalanma mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev iştirak edir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev yeni unikal Ro-Pax/Bərə tipli gəminin tikintisi barədə məlumat verib, gəminin parametrlərini diqqətə çatdırıb.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, yeni gəmi ilə sərnişin, vaqonlar və avtomobillər daşınacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bu cür unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi üzrə sifarişin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsinin çox sevindirici hal olduğunu bildirib. Bu sifariş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühüm bir hadisədir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol