• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Azərbaycan OPEK ilə daha sıx əlaqədə maraqlıdır

Nazir: "Azərbaycan OPEK ilə daha sıx əlaqədə maraqlıdır
30.10.2016 21:36
Azərbaycan OPEK ilə daha sıx əlaqədə maraqlıdır.
 
Trend-in "World Energy News" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan OPEK-in neft bazarında vəziyyətin sabitləşməsi üzrə təcrübəsini öyrənməkdə və bu məsələdə kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın hansı rol oynaya biləcəyini aydınlaşdırmaqda maraqlıdır.

N.Əliyev vurğulayıb ki, OPEK-ə daxil olan və olmayan ölkələr eyni problemlə üzləşiblər və bu problemin ümumi həllini axtarmalıdırlar.

Nazir bildirib ki, Azərbaycan maliyyə baxımından neft və qaz sənayesindən asılıdır: "Yol xəritəsinin inkişafı Azərbaycan üçün növbəti vacib addımdır".

N.Əliyev əlavə edib: "Venesuela və Azərbaycan razılığa gəliblər ki, bazarda vəziyyətin sabitləşməsi üzrə bəzi tədbirlər görülə bilər. Biz razılığa gəldik ki, neftin qiyməti bir barel üçün təxminən 60 dollar ola bilər".

Nazirlə görüşdə OPEK-in baş katibi bildirib ki, Əlcəzair sazişinin mandatlarından biri daimi əməkdaşlıq üçün zəmin yaratmaqdan ibarətdir: "OPEK və kartelə daxil olmayan ölkələr arasında inkişaf edən münasibətlər daimi əsasda təkmilləşdirilməlidir".

Qeyd edək ki, 2016-cı ilin sentyabr ayında əldə olunan Əlcəzair sazişnə əsasən, OPEK-ə daxil olmayan ölkələr danışıqlarda iştirak etmək üçün dəvət alıblar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol