• $
  • €
  • ₽
  • ₺
  • £

Şengen vizası üçün tələb olunan sənədlərin siyahısı

Şengen vizası üçün tələb olunan sənədlərin siyahısı
30.10.2016 21:57
Viza müraciəti etmək istəyirsən, ancaq hansı sənədlərin lazım olduğunu bilmirsən?

O zaman diqqətlə oxuyun :
 
- Lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış qısamüddətli viza müraciəti blankı;

- Açıq fonda 3,5×4,5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil (üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır);

- 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ səhifəsi olan pasportun əsli və sürəti;

- Son 3 ildə alınmış vizaların sürəti;

- Şəxsiyyət vəsiqəsinin (azərbaycan) əsli və hər iki üzünün sürəti;

- Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin əsli və sürəti;

- Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, repatriasiyanı nəzərdə tutan tibbi sığorta, əsli+ sürəti (siğorta məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır);

- Mehmanxana sifarişi (turistin soyadı, adı, doğum tarixi, pasport nömrəsi və səfərin müddəti yazılmaqla, mehmanxana əməkdaşının imzası və mehmanxananın möhürü ilə təsdiqlənmiş sənəd);

Sonrakı tələb viza müraciəti edənin sosial vəziyyətini əks etdirən sənədlərdir. Burada bir neçə sənəd tələb olunur.

- İş yerindən arayış (işəgötürənin, müəssisənin blankında verdiyi, möhürlü, imzalı, tarixli və müəssisənin ünvanını, telefon nömrələrini və faksını aydın göstərən arayış (tərcüməsi ilə). Bu arayışda imza edənin və viza müraciəti edənin familiyası və vəzifəsi, işçinin maaşının miqdarı və müəssisədəki iş stajı göstərilməlidir);

- Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən son üç ay üçün bank hesabından çıxarış. Bank hesabı olmasa maaş barəsində arayış və ya daşınmaz əmlak olmasını təsdiq edən sənəd;

Bütün bu qeyd edilən sənədlərin hamısı bir əsli və bir sürəti olmaqla yığılıb səfirliyə təqdim edilir.

Qeyd edək ki, səfirlik sizdən əlavə sənəd tələb edə bilər.

Mənbə: Səyahətçi bloqu.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol