• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların “qara bazar”ı ilə bağlı araşdırma başladı

Dolların “qara bazar”ı ilə bağlı araşdırma başladı
31.10.2016 12:25
Azərbaycanın hüquq-mühafizə orqanları "qara bazar”a külli miqdarda dollar kütləsinin çıxarılması ilə bağlı araşdırmalara başlayıblar. 

ANN.Az Fins.Az-a istinadən xəbər verir ki, "qara bazar”a vəsait yönəltdiyinə görə ölkə banklarından bir neçəsinin vəzifəli şəxsləri dindirməyə alınıb. 

Banklardan "qara bazar”a böyük həcmdə – bir neçə yüz milyondan 1 milyard dollara qədər vəsaitin çıxarıldığı iddia olunur.

"Satırıq, ancaq dollar yoxdu” 

Qeyd edək ki, son günlər valyuta bazarında dollara tələbat və bu məsələ ətrafında ajiotaj yenidən yüksəlib. Dollara tələbatın artması fonunda bankların bir hisəsinin dollar satışını məhdudlaşdırması və ya tamamilə dayandırması "qara bazar”ın yenidən aktivləşməsinə səbəb olub.  

Məlumdur ki, Mərkəzi Bank və Dövlət Neft Fondu həftədə 2 dəfə valyuta hərracı keçirir. Hərraclara nə qədər valyuta çıxarılması barədə məlumatlar açıqlanmasa da bəllidir ki, banklar həftə ərzində ən azı 200 milyon dollar ala bilirlər. 

Bir qədər əvvəl isə bazarda dollara tələbatı ödəmək və bu məsələnin tamamilə gündəlikdən çıxarılması üçün Fondun vəsaitlərindən böyük həcmdə dollar kütləsi bazara çıxarılmışdı. Amma buna baxmayaraq, bundan ötən bir neçə gündən sonra və hazırda bankların əksəriyyəti ya ümumiyyətlə, dollar satmırlar, ya da limitlə satırlar.

"Qara bazar”da limitsiz əməliyyatlar

Dollar dəyişmək istəyənlərin narazılığına səbəb olan bu hal, hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. Məsələ bundadır ki, dolların qıt olması barədə yayılan məlumatlar bu sahəyə birbaşa aidiyyəti olmayan şəxsləri də valyuta ehtiyatı toplamağa vadar edir və bu da bazarda gərginliyi artırır. 

Üstəlik, dolların "qara bazar”da faktiki olaraq açıq satışda olması və məhdudiyyətsiz (hər halda banklardakından daha böyük həcmdə) satılması cəmiyyətdə bu sahəyə ciddi nəzarət olmadığı qənaətini yaradır və ümumilikdə bank sektorunun işinə inamı azaldır. Görünür, buna görə məsələni yerli hüquq-mühafizə orqanları araşdırmağa başlayıblar.  

Bankirlər limitdən necə qazanırlar? 

Müşahidələr göstərir ki, bankların dolları limitlə satması dollar ehtiyatlarının idarə edilməsi ilə yanaşı, bəzən "kassada pul yoxdur” bəhanəsi əslində onların əlavə qazanc niyyətlərinə söykənir. 

Məsələ bundadır ki, rəsmi əməliyyatlar zamanı dolların alış-satış məzənnəsi tənzimlənir – bu göstəricilər Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 4% aşağı və ya yuxarı olmamalıdır. "Qara bazar”da isə belə limitlər yoxdur – dollar istənilən məzənnə ilə satılır. 

Nəticədə bankın və ya əksər hallarda bank filialının rəhbərinə çıxışı olan müştərilər dolları kassada qoyulan kursdan baha olsa da ala bilirlər. Belə vəziyyətdə limitlə satışı təsdiqləmək üçün "xüsusi müştəriyə” satılan valyuta real məzənnə ilə kassaya vurulur və alıcı üstündə əlavə vəsait ödəməklə dollar alır. Qarşı tərəf isə bu əməliyyatdan ciddi gəlir götürür. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol