• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən təqaüd al, gələcəyini qur!

Azercell-dən təqaüd al, gələcəyini qur!
02.11.2016 12:15
Şirkət əməkdaşları Tələbə Təqaüdü poqramı çərçivəsində tələbələrlə görüşüblər.

Azercell Telekom MMC-nin nin əməkdaşları 2008-ci ildən etibarən start verilən Tələbə Təqaüd proqramı çərçivəsində ölkəmizin ali məktəblərində təhsil alan tələbələrlə bir sıra görüşlər keçiriblər. Şirkət əməkdaşları oktyabr ayı ərzində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşərək, onları Tələbə Təqaüd proqramı haqqında məlumatlandırıblar. Tələbələrin diqqətinə çatdırılıb ki, sentyabrın 30-dan etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər. Tələbə Proqramının əsas məqsədi yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etməkdir.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alırlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılır. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Qeyd edək ki, "Azercell” şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə "Azercell” şirkətinin təqaüdçüsü adına layiq görülüb. Onlar "Azercell”dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Bununla da "Azercell Telekom” MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verir.





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol