• $
  • €
  • ₽
  • ₺
  • £

Dekabrda dolları nə gözləyir?

Dekabrda dolları nə gözləyir?
03.11.2016 14:10
FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC), Vaşinqtonda keçirdiyi toplantısında faiz dərəcəsi dəyişdirilməyərək 0.25%- 0.50% aralığında saxlandı.

Publika.az xəbər verir ki, onsuz da bu toplantıda bazar iştirakçıları, iqtisadçılar FED-in faiz artımına getməyəcəyini gözləyirdilər.

Bankın açıqlamasında bildirilir ki, iclasda FED rəsmiləri sürətlənən inflyasiya şəraitində faiz artımı üçün zəminin gücləndiyini deyiblər. Bu da dekabr ayında faiz artımının baş verəcəyini göstərir.

Komitə federal fond faizində (uçot dərəcəsi) artım üçün zəminin güclənməkdə olduğunu deyib. Bildirilib ki, hədəflərə doğru davam edən poseslərdən daha çox işarə görmək üçün bir az da gözləyəcəklər.

FED rəsmiləri açıqlamada, inflyasiyanın 2 faiz olan hədəflərinə doğru hərəkət etdiyi barədə artan inamlarına da yer veriblər.

ABŞ Mərkəzi Bankı açıqlamasında qiymət artımlarının (inflyasiyanın) sürətinin bu ilin əvvəlindən bu yana artdığını və inflyasiyaya dair bazar əsaslı göstəricilərin yuxarı istiqamətdə hərəkət etdiyini bildirib.

Komitə həmçinin, keçən açıqlamasındakı, inflyasiyanın yəqin ki, "yaxın perspektivdə aşağı qalacaq” şəklindəki ritorikasına bu açıqlamasında yer verməyib.

Gələn həftə ABŞ-da prezident seçkisi keçiriləcəyindən FED-in bu iclasda faizləri artırmayacağı bəlli idi. Lakin dekabrda faiz artımına gediləcəyi istisna edilmir.

Qeyd edək ki, komitənin sentyabr ayındakı iclasında verdiyi qərara müxalif qalan üç üzvdən ikisi – FED-in Klivlend sədri Loretta Mester və Kanzas Siti sədri Esther Corc, bu toplantıda da siyasət faizinin 0.25-0.50% intervalına yüksəlməsinə səs veriblər. Üçüncü FED üzv Boston Fed Erik Rosengren, faizin dəyişdirilməməsi qərarına dəstək verib.

Onu da bildirək ki, 2016-ci ilin sonuna qədər FED-in faiz artımına gedəcəyi ehtimalı iyun ayından bu yana ən yüksək səviyyədədir – təxminən 70 faiz civarında.

Xatırladaq ki, FOMC-ın növbəti iclası 13-14 Dekabr 2016-cı il tarixlərində keçiriləcək.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol