• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 11 piyada keçidi inşa olunur

Bakıda 11 piyada keçidi inşa olunur
04.11.2016 11:07
Azərbaycan prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.
 
ANN.Az "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, sözügedən piyada keçidləri nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
 
İlkin olaraq 11 bu cür yerdə hal-hazırda keçidlərin inşası aparılır. Bu aşağıdakı ərazilərdir:
 
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbirstanlığının yaxınlığı), 13.7-ci km-i və 27.7-ci km-i (Ceyranbatan qəsəbəsi);
 
2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i (Sulutəpə qəsəbəsi), 23.5-ci və 24.4-cü km-i (Müşfiq qəsəbəsi);
 
3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i;
 
4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid);
 
5. Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsi;
 
6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-i.
 
Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və "Sabunçu körpüsü"nün yaxınlığında inşa edilən yerüstü piyada keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkən və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. "Sabunçu körpüsü"nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.
 
Bundan başqa daha 9 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu aşağıdakı ərazilərdir:
 
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun  27-ci km-i (Ceyranbatan qəsəbəsi);
 
2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);
 
3. Yasamal rayonu Hüseyn Cavid parkının qarşısında (yeraltı keçid)
 
4. Mərdəkan-Zağulba yolunda ("Xrustalnı" adlanan ərazi);
 
5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i;
 
6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i;
 
7. Xətai rayonu, Neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M. Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;
 
8. Moskva prospekti, "Şamaxinka" adlanan ərazi.
 
İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir-neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkən hissədən ibarətdir. 
 
Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol