Dollar 1,7 manatı keçdi

Azərbaycan bankları dolların alış qiymətini artırıblar.
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, artıq bəzi banklar dolları 1,7 manatdan da yüksək məzənnə ilə almağa hazırdırlar.
Bunlar "VTB Azərbaycan” (1,7030 manat), "Amrahbank” (1,7020 manat), "Bank of Baku” (1,7000), "Azərbaycan Sənaye Bankı” (1,7000 manat) və "Azər-Türk Bank”dır (1,7000 manat). Digər banklarda dolların alış kursu 1,7 manatdan aşağıdır.
Qeyd edək ki, bu günə Azərbaycanda dolların rəsmi məzənnəsi 1,6596 manatdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















