• $
  • €
  • ₽
  • ₺
  • £

“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərdi

“Bloomberg” Azərbaycanı Misirə nümunə göstərdi
05.11.2016 14:46
Misir üzən məzənnə rejiminə keçən sonuncu inkişaf etməkdə olan ölkə olub. 

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi yazır.

Yerli tənzimləyicinin müvafiq qərarı ilə "üzməyə” buraxılan Misir funtu öncə 46% devalvasiyaya uğrayıb.

Bu addımın nə dərəcədə effektiv olduğunu araşdırmağa çalışan agentlik analoji tədbir görən ölkələrin praktikasına müraciət edib.

"Bloomberg"in misal olaraq gətirdiyi ölkələr arasında Azərbaycan da var. Müəllif yazır ki, manat ötən ilin dekabrın 21-də kəskin devalvasiyaya uğrayıb: "Bunadək Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının 2/3-ni milli valyutanın məzənnəsinin stabilliyinə sərf edib. Həmin dövrdən manat 39% ucuzlaşıb. Hökumət manatın məzənnəsini sabit saxlamaq üçün müvafiq addımlar atıb. Banklara dolların satışına məhdudiyyətin qoyulması atılan addımlardan biri idi. Keçirilən intervensiyalarla milli valyutanın məzənnəsini bir qədər sabitləşdirmək mümkün olub”.

Agentlik "Standard & Poor`s Global Ratings”ə istinadən yazır ki, hazırda yerli banklarda yerləşdirilən əmanətlərin 80%-i dollardadır.

Rusiyanın praktikasına toxunan "Bloomberg” qeyd edir ki, şimal qonşumuzun Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina 2014-cü ilin noyabr ayından etibarən valyuta intervensiyalarından imtina edib. Buna səbəb ölkəyə qarşı sanksiyaların tətbiq olunması və neftin kəskin ucuzlaşmasıdır. Buna baxmayaraq, rubl bu il möhkəmlənib.

"Tənzimləyicinin atdığı addımlar nəticəsində, inflyasiya səngiyib, kapital axını azalıb. Bunun nəticəsidir ki, Elvira Nabiullina Avropanın Mərkəzi Bank rəhbərləri arasında öz layiqli yerini tutub. Ölkə əhalisinin 60%-i öz əmanətlərini rublda saxlayır”.

Qazaxıstana gəlincə, agentlik yazır ki, bu ölkənin Mərkəzi Bankı 2015-ci ilin avqustun 20-də tengeni 42% ucuzlaşdırıb: 

"Ölkənin Mərkəzi Bankı volatilliyi səngitmək üçün 1,7 mlrd. dollar və ya ehtiyatlarının 6%-ni xərcləyib. Bir il sonra tenge stabilləşib, valyuta ehtiyatları isə 13% artaraq 31 mlrd. dollara çatıb”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol