• $
  • €
  • ₽
  • ₺
  • £

"BakuBus"dan sərnişinlərə ŞAD XƏBƏR

"BakuBus"dan sərnişinlərə ŞAD XƏBƏR
07.11.2016 10:03
Bakıda "BakuBus"ın istifadəyə verilən yeni marşrut xətti və qrafiki açıqlanıb. 

Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus" MMC-nin yeni - 3 nömrəli marşrut xətti istifadəyə verilib. İlkin mərhələdə sınaq olaraq 07, 08 və 09 noyabr 2015-ci il tarixlərində marşrut üzrə hər gün 8 ədəd avtobus, noyabrın 10-dan etibarən 18 avtovus xidmət göstərəcək.

"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Milli.Az-a bildirib ki, Fransa istehsalı olan "İveco" avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti" metro stansiyasından başlayaraq - Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi - Səttar Bəhlulzadə - Atatürk prospekti - Nəsib bəy Yusifbəyli küçəsi - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi -Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Ə.Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər xiyabanı - Parlament prospekti - Hüseyn Cavid prospekti - Ə.Haqverdiyev küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Fətəli Xan Xoyski küçəsi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Atatürk prospekti -Şövkət Məmmədova küçəsi - Cəfər Xəndan küçəsi - İbrahim Paşa Dadaşov küçəsi- "Azadlıq Prospekti" m/st xətti üzrə hərəkət edir.  Ümumi uzunluğu 25.8 km-dir.

Qeyd edək ki, "BakuBus" MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart" vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart" vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart" terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart" loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart" ödəniş kartları - məhdud istifadə üçün kağız "BakıKart"ları və daimi istifadə üçün plastik "BakıKart"ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik "BakıKart"ların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

"BakıKart"la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.
 
Şirkət bildirir ki, "BakuBus" MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli, avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.

"BakuBus" MMC  əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol