• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bəzi rayonları internetsiz qaldı

Bakının bəzi rayonları internetsiz qaldı
08.11.2016 12:36
Bakının bir hissəsi yenə internetsiz qalıb. "Bakinternet” abunəçiləri bu gün gecə saatlarından problemlə üzləşiblər və internet hələ də bərpa olunmayıb.

Oxu.Az xəbər verir ki, bu şikayətlə virtualaz.org-un redaksiyasına Nizami və Xətai rayonlarında yaşayan abonentlər müraciət ediblər.

"Gecə növbəsində işləyirəm. Təxminən saat 4:00-dan Nizami rayonunda internet yoxdur. Əvvəlcə elə bildim şəxsi problemdir, amma rayonun bütün internet klublarının, o cümlədən Xətai rayonunun əksər internet klublarını gəzdikdən sonra başa düşdüm ki, bu rayonların heç birində internet yoxdur. Ödənişi də vaxtında etmişəm. Heç bir xəbərdarlıqsız internetimizi kəsiblər”, - deyə şikayətçi bildirib.

Yaranmış problemlə bağlı Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə əlaqə saxlanılıb.

Birliyin Mərkəzi Dispetçer Xidmətinin mühəndisi İlqar Dünyamalıyev isə bildirib ki, hazırda "Bakinternet”in verilişində heç bir problem yoxdur:

"İnternet əlaqəsi nəzarətimizdədir, "Bakinternet”də kəsilmə yoxdur. Sadəcə olaraq, abonentlərimiz indiyə kimi bir aylıq internet istifadəsindən sonra ödəniş edirdilər. 

İndi ödəniş əvvəldə edilir. Bununla bağlı abonentlərimizin çoxuna SMS vasitəsilə məlumat vermişik. Bəzi borclu abonentlərimiz var ki, onlar məlumatsızdırlar və borclu olduqlarına görə internetləri kəsilib. Borcu olmayan abonentlərin internetinin kəsilməsi yüklənmə ilə əlaqədar ola bilər”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol