• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn ilin büdcəsində xərclər DƏYİŞDİRİLDİ

Gələn ilin büdcəsində xərclər DƏYİŞDİRİLDİ
17.11.2016 13:32
Maliyyə Nazirliyi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və 2017-ci il dövlət və icmal büdcələrinin layihələrini yenidən ictimaiyyətə təqdim edib.

Modern.az-ın məlumatına görə, büdcə zərfinin yeni təqdimatı zamanı məlum olub ki, "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin xərclər hissəsinə dəyişiklik edilib.

Beləliklə, gələn ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri isə 16,6 mlrd. manat məbləğində prqonozlaşdırılıb. 2017-ci ildə mərkəzləşdirilmiş gəlirlər 22,087 mln. manat artırılaraq 15 mlrd. 334 mln. 706 min manat, yerli gəlirlər isə 22,087 mln. manat azaldılaraq 620 mln. 294 min manat səviyyəsində proqnozlaşdırılıb. Eyni zamanda, gələn ilin dövlət büdcəsində mərkəzləşdirilmiş xərclər üzrə proqnozun 29,556 mln. manat artırılaraq 15 mlrd. 911 mln. 286 min manat, yerli xərclər isə 29,556 mln. manat azaldılaraq 688 mln. 714 min manat məbləğində təsdiq edilməsi təklif olunub. 

Yenilənmiş layihədə müdafiə xərcləri 63,6% və yaxud 1,027 mlrd. manat artırılaraq 1,615 mlrd. manatdan 2,642 mlrd. manata çatdırılıb. 

Bu vəsaitin 1 269,9 mln. manatı müdafiə qüvvələri, 111,9 mln. manatı milli təhlükəsizlik, 2,6 mln. manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1 257,6 mln. manatı isə digər kateqoriyalara aid edilməyən sahələrin payına düşüb.

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə burada tanış olmaq mümkündür.

2017-ci il dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına buradan  baxmaq olar.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol