• $
  • €
  • ₽
  • ₺
  • £

51 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar elan edildi

51 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar elan edildi
29.05.2020 10:16
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 51 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar elan edilib.

Komitədən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" 19 iyul 2016-cı il tarixli fərmanına, dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edilib.

Komitə tərəfindən bu həftə elan edilən səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə pul, habelə kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi ilə bağlı hərraclarda ümumilikdə 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.

Kiçik dövlət müəssisə və obyektlərin özəlləşdirilməsi ilə bağlı elan edilən hərraca isə Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, Daşkəsən, Qəbələ, Xaçmaz, Qax və Oğuz rayonunda yerləşən 26 əmlak çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr vardır.

Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kişik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.

Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində dərc edilir və emdk.gov.az saytında yerləşdirilir.

Hərraclar sentyabrın 27-də saat 11:00 keçiriləcək. Hərraclarda iştirak etmək üçün elektron qaydada da sifariş göndərmək mümkündür.

Proseslə tanış olmaq istəyən hər bir vətəndaş "açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol