• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Neftin qiyməti yenidən 100 dollara çatacaq

Nazir: Neftin qiyməti yenidən 100 dollara çatacaq
24.11.2016 11:15
"Noyabrın 30-da keçiriləcək Vyana sammitində neft bazarının balanslaşdırılmasına dair qərarın hasilatın azaldılması, yaxud dondurulması variantı üzrə qəbulundan asılı olmayaraq, bu proseslər neftin qiymətinin yüksəlməsinə stimullaşdırıcı təsir göstərəcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Energetika naziri Natiq Əliyev "Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib. 

Onun sözlərinə görə, neft bazarının tənzimlənməsi ilə bağlı öhdəliklərin götürülməsi və bu öhdəliklərin neft hasil və ixrac edən ölkələr arasında paylaşdırılması istər bazar, istərsə də qiymət spekulyasiyasında maraqlı tərəflərə daha ciddi tədbirlər görülməsinin mümkünlüyü mesajını verəcəkdir:

"Fikrimizcə, neftin bahalılığını təmin edən təbii iqtisadi faktorların zəif olduğu indiki situasiyada bazara çevik müdaxilə zəruridir. 

Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaqdır. 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. 

Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”, - deyə nazir qeyd edib.

Azərbaycanlı nazir bildirib ki, dünya üzrə əhalinin sayının artması da neftin gələcək qiymətlərinə təsir edəcək:

"Enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadiaktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar. 

Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq”.

N.Əliyev həmçinin vurğulayıb ki, enerji resurları istehlakının ümumi strukturunda neft-qaz hələ uzun müddət öz üstünlüyünü qoruyub saxlayacaq. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol