• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı istifadəçilərin 25%-i internetdə təhlükələrlə üzləşib

Azərbaycanlı istifadəçilərin 25%-i internetdə təhlükələrlə üzləşib
24.11.2016 23:57
"Kaspersky Lab” şirkətinin ekspertləri cari ilin III rübü üzrə informasiya təhlükələrini təhlil edib. Araşdırma nəticələrinə əsasən, hesabat dövrü ərzində Azərbaycan istifadəçilərinin 25%-i internetdə təhlükələrlə üzləşib.
 
Şirkətdən ANN.Az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 7% azalıb, belə ki, ötən il Azərbaycan istifadəçilərinin 32%-i internetdə zərərli ünsürlərə yoluxub. Yerli təhlükələr isə Azərbaycanda ənənəvi olaraq aşağı səviyyədə qalmaqdadır.
 
Ümumilikdə, III kvartalda ən geniş yayılmış təhlükələrdən biri mobil bank troyan virusları olub. "Kaspersky Lab”ın ekspertləri bildirir ki, bu cür göstəricilərin əsas səbəbi regionda adətən iyul, avqust və sentyabr aylarına təsadüf edən məzuniyyət mövsümüdür. Belə ki, bu dövr ərzində məzuniyyətə çıxanlar tərəfindən edilən onlayn ödənişlərin sayı artır, kibercinayətkarlar isə vaxt itirmədən buna reaksiya verirlər.
 
Cari ilin III rübünün nəticələrinə əsasən, fərdi kompüterlərə bank troyanları tərəfindən hücumların səviyyəsinə görə birinci yerdə Rusiya qərarlaşıb. "Kaspersky Security Network” bulud infrastrukturunun məlumatlarına əsasən, rusiyalı istifadəçilərin 4,2%-i bu cür maliyyə təhlükələri ilə üzləşib. Reytinqdə yenicə yer almış Şri-Lanka isə artıq ikinci sıradadır. Bu ölkədə istifadəçilərin 3,5%-i internet ödənişləri edərkən təhlükə ilə rastlaşır ki, onların arasında Şri-Lankaya məzuniyyət məqsədilə gələn və onlayn bankinqdən istifadə edənlər də ola bilər. Bundan başqa, siyahının ilk beşliyində turizm istiqamətləri üzrə məşhur olan Braziliya, Türkiyə və Kamboca yer alır.
 
"Qarşıdan gələn Yeni il bayramı mövsümündə turistlər arasında məşhur ölkələrdə zərərli proqramların aktivlik göstəriciləri dəyişəcək, xüsusən də bank sahəsi üzrə zərərli proqramlar vasitəsilə ən çox kiberhücuma məruz qalan ölkələrin reytinqinin də qış istirahət mərkəzlərinə doğru dəyişəcəyi istisna olunmur. Lakin kiberhücumların qurbanları, yəni evdən tur almaq, səyahət zamanı tez ödəniş etmək və ya sosial şəbəkələrdə fotoşəkil yerləşdirmək istəyən turistlər əvvəlki qaydada onları gözləyən təhlükələrlə sadəcə öz ölkələrində deyil, həm də tanınmış turizm məkanlarda rastlaşa bilərlər. Yeni il bayramını pul və ya cihazlarındakı mühüm informasiya itkisi ilə korlamamaq üçün istifadəçilər buna diqqət yetirməli və internetdə daha ehtiyatlı olmalıdırlar”, - deyə "Kaspersky Lab” şirkətinin antivirus üzrə eksperti Denis Makruşin qeyd edib.
 
Bundan başqa, şifrələyici proqramlar və maliyyə fırıldaqçıları bu gün də rusdilli internet istifadəçiləri üçün aktual təhlükə olaraq qalır. Bu zərərli proqramlar istifadəçilərin cihazlarına keçir, mühüm faylları şifrələyir və ya sadəcə ekranı bloklayıb geriyə dönüş üçün pul tələb edirlər. Bu cinayətkarlıq növü çəkilən xərclə müqayisədə sahiblərinə daha çox gəlir gətirdiyi üçün kibertəhlükələr dünyasında daha da məşhurlaşır. Belə ki, dünyada kiberhücuma məruz qalmış istifadəçilərin sayı 2,6 dəfə artıb.
 
Kamil ƏMİRLİ

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol