• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tezliklə data-mərkəz istifadəyə veriləcək

Azərbaycanda tezliklə data-mərkəz istifadəyə veriləcək
28.11.2016 14:50
"Data-mərkəz istismara tam hazırdır. Yaxın vaxtlarda Mərkəzin istifadəyə verilməsi gözlənilir".
 
"Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
 
Data-mərkəzdə daha çox bulud texnologiyalarının quraşdırılmasına üstünlük verildiyini açıqlayan E.Vəlizadə bildirib ki, bulud texnologiyaları istər dövlət qurumları, istər biznes strukturları, istərsə də fərdi şəxslərin öz məlumatlarını yüksək təhlükəsizlik rejmində yerləşdirə bilməsinə imkan verəcək:
 
"Data-mərkəz iki dəfə sertifikasiyadan keçib. Güman edirəm ki, Mərkəz öz fəaliyyəti ilə maraq doğura biləcək".

E.Vəlizadənin sözlərinə görə, Data-mərkəzin yaradılmasında məqsəd ölkənin tələbatının ödənilməsi və gələcəkdə müəyyən xidmətlər sahəsində Azərbaycanın regional haba çevrilməsinə xidmət etməkdir. 

"Azərbaycan fiberoptik yerüstü xətlə informasiya axınının şərqdən qərbə və əks istiqamətdə həyata keçirməsini nəzərdə tutan TASİM layihəsinin fəal üzvlərindəndir. Bu xəttin üzərində data-mərkəzin olması Azərbaycanı təkcə informasiya axınının tranzit məkanı deyil, həm də informasiyanın emalı, saxlanılması və yayılması məkanına çevirəcək. Bütün bunlar ümumi planın tərkib hissələri kimi nəzərdə tutulub", - deyə E.Vəlizadə qeyd edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol