• $
  • €
  • ₽
  • ₺
  • £

Kompüter satışları azalacaq

Kompüter satışları azalacaq
03.12.2016 10:47
2016-cı ildə qlobal fərdi kompüter (FK) tədarükünün həcmi əvvəl güman edildiyi qədər azalmayacaq.
 
"IDC" şirkətinin analitikləri proqnozu yenidən nəzərdən keçiriblər, indi masaüstü kompüter və noutbukların ümumi tədarük həcmini 258.2 milyon səviyyəsində proqnozlaşdırıblar ki, bu da 2015-ci illə müqayisədə 6.4% azdır.

ANN.Az ICTnews-a istinadən bildirir ki, gözləntilərə görə, yuxarıda qeyd olunan tədarük həcminin 103.5 milyonu və ya 40.1%-i masaüstü kompüter sinfinə aid olacaq, yığcam kompüterlərin payı isə 59.9% və ya 154.7 milyon təşkil edəcək. 2016-cı ildə inkişaf etmiş ölkələrin bazarına ümumilikdə 126.1 milyon FK tədarük olunacaq, inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 132.1 milyon təşkil edəcək.

Analitiklər proqnoza düzəliş səbəbini üçüncü rübün nəticəsi ilə izah ediblər. 2016-cı ilin iyul-sentyabrında FK tədarükünün 4.6%-lik azalması qeydə alınıb, bu da gözləntiləri 2% ötüb. "IDC" analitik şirkəti ABŞ, Qərbi Avropa və Yaponiyada FK dinamikasının yaxşılaşmasını qeyd ediblər.

Analitiklər 2017-ci ildə FK tədarükünün 2.1% səviyyəsində azalmasını proqnozlaşdırırlar. Gözləntilərə görə, gələn il bazara 154.6 milyon noutbuk və 98.2 milyon masaüstü kompüter tədarük ediləcək.

Yaxın gələcəkdə sabitləşmə tendensiyası saxlanılacaq və 2018-ci ildə biznes istifadəçiləri üçün FK qurğuları üzrə cüzi artım gözlənilir. Artıq cari ildə korporativ sinfə aid noutbuklar üzrə artım proqnozlaşdırılır və 2019-cu ildə bu kateqoriya üzrə artım tempi 3,7% olacaq. 2018-ci ildə biznes masaüstü kompüterlər seqmentində sıfır artım proqnozlaşdırılır. Nəhayət, 2020-ci ilədək istehlak noutbukları və masaüstü kompüterlərin tədarük həcmi cüzi azalacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol