• $
  • €
  • ₽
  • ₺
  • £

“Qara bazar”da dollar satışı dayandırıldı

“Qara bazar”da dollar satışı dayandırıldı
07.12.2016 16:26
Bankların valyuta alışını dayandırması valyuta bazarında və "qara bazar”da ciddi ajiotaj yaradıb. Bu gün "Amrahbank”ın rəsmi surətdə dollar almaqdan imtina etməsi vəziyyəti bir qədər də gərginləşdirib. 

Oxu.Az xəbər verir ki, bu gün "qara bazar”da dollar satışı dayandırılıb. Mənbənin məlumatına görə, müəyyən miqdarda alış həyata keçirilsə də, valyuta satılmayıb. Bu da vətəndaşların, xüsusilə, idxalla məşğul olan iş adamlarının işini çətinləşdirib. 

Onu da deyək ki, bu gün iqtisadçı-ekspert Vüqar Bayramov "qara bazar”ın ləğvini gündəmə gətirib: 

"Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin ləğvini məhz "qara bazar”ın aradan qaldırılması üçün etmişdi. Amma bu qərar tam əksinə olaraq, "qara bazar”ın bir az genişlənməsinə səbəb oldu. 

Kommersiya bankları dollar satışını məhdudlaşdırıb. Amma apardığımız monitorinqlər göstərir ki, "qara bazar”dakı dolların əksəriyyəti kommersiya banklarından gəlir.

Çünki "qara bazar”ın özü dollar almaq imkanına malik deyil. Kommersiya banklarının özləri də əhaliyə dollar satmağa maraqlı deyil. Bu səbəbdən banklar dolları daha yüksək məbləğdə "qara bazar” vasitəsilə vətəndaşlara satır”.

Ekspert bildirib ki, hər bir kommersiya bankına görə rəsmi dollar statusunun müəyyənləşdirilməsinə ehtiyac var. 

"Onun hərracda alınan dollarla müqayisə edilməsinə ehtiyac var ki, "qara bazar” yaranmasın. Çünki vətəndaş dolları bankdan almalıdır. Ölkəyə gələn turistin "qara bazar”dan xəbəri yoxdur. 

O, bankdan dollar almaq istəsə də, bunu edə bilmir. Buna görə də "qara bazar”ın ləğvi vacibdir. Orada saxta dolların satılması və vətəndaşın aldadılması riski də yüksəkdir. "Qara bazar” qanunla tənzimlənmir.

Amma kommersiya bankları onun fəaliyyətinin davam etməsində olduqca maraqlıdır. Çünki banklar dollar satmadığı halda vətəndaş oradan dollar almaq məcburiyyətində qalacaq”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol