• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bayram ərəfəsi qiymətlər artıb

Azərbaycanda bayram ərəfəsi qiymətlər artıb
10.12.2016 14:04

25%-dən çox qiymət artımı baş verib. 

ANN.Az Sputnik-ə isitinadən xəbər verir ki, bu haqda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib:

"İl boyu əmtəə bazarındakı vəziyyət həm kəmiyyət, həm də keyfiyyət baxımından istehlakçıların zərərinə dəyişib. Hökumətin biznes qurumlarına yaratdığı rahat toxunulmazlıq şəraiti xüsusilə burada öz mənfi rolunu oynayıb.

Yəni, prezidentin əhəmiyyətli tapşırığı əslində dövlət orqanları tərəfindən adekvat yerinə yetirilmir. Biznes qurumları üçün toxunulmazlıq şəraiti o demək deyil ki, ölkənin əmtəə bazarı təhlükəli mallarla dolsun və kim nə istəyir gətirib satsın”.

Onun sözlərinə görə, il ərzində istehlakçıların həyatına təhlükə törədən malların ifşası üzrə çoxlu işlər görülüb:

"Bu il Azad İstehlakçılar Birliyi sertifikatı olmayan və yoxlamadan keçmədən satılan 700-ə qədər mal və xidmətin siyahısını əldə edib.

Həmçinin AİB sədri vurğulayıb ki, manatın devalvasiya məsələsini, biznes qurumlarının süni qiymət artımlarını, qaz və işığın qiymətlərindəki dəyişiklikləri üst-üstə gəlsək və keçən ilin bugünki vaxtına uyğunluğu analiz etsək, ümumillikdə 25%-dən çox qiymət artımı baş verib.

"Son 20 gündə isə daha ciddi dəyişikliklər olub: ət 30%, kərə yağı 13%, şəkər tozu 13%, düyü 25%, quru meyvələr isə 40-50% bahalaşıb. Qoz, fındıq və quru meyvələrin Novruz bayramı ərəfəsində keçən ilə nisbətən 70%-ə qədər qiymətində qalxma gözlənilir”, — deyə o bildirib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol