• $
  • €
  • ₽
  • ₺
  • £

"Rəqabət təhdid yox, töhfə olacaq" - Direktor

"Rəqabət təhdid yox, töhfə olacaq" - Direktor
16.12.2016 11:24

"Ötən ilə nisbətən bu il yük daşınmasında ciddi artım gözlənilir”. 

ANN.Az xəbər verir ki, bunu "Caspian Energy Forum 2017-nin Ələt qəsəbəsində  Azad Ticarət Zonasının yaradılması və gələcəkdə istifadəsi" adlı tədbirdə jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov deyib.

Direktorun sözlərinə görə, bu il Bakı limanında yük daşınmaları 4 milyonu keçəcək. Gələcək ildə bu cür artım tempi davam edəcək:

"Ələt ərazisində yeni limanın tikinti işləri qrafik üzrə davam etdirilir. Prezident İlham Əliyevin göstərişinə əsasən, gələn ilin sonuna qədər birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər tamamlanacaq. "Bərə" terminalının tikintisi 2014-cü ilin sentyabrında bitib. Növbəti mərhələdə böyük tırlar üçün nəzərdə tutulan "Roro” adlandırılan terminalın tikintisi başa çatacaq. Daha sonra konteyner, quru yük və digər terminallar üzrə işlər yekunlaşacaq. Ümumi işlərin 65-70%-i başa çatıb”. 

T.Ziyadov qeyd edib ki, İlham Əliyevin 17 martda imzaladığı sərəncama uyğun olaraq, limanın hüquqi rejimi üzrə işlər başa çatıb və tezliklə hökumətə təqdim ediləcək. Eyni zamanda, texniki əsaslandırma işləri davam etdirilir. Parlamentin növbəti sessiyasında bu məsələlər müzakirəyə çıxarılacaq. Hər zaman böyük dövlətlər bir-biri ilə rəqabət aparıb. 

Xəzərdə olan digər limanların bu layihəyə rəqib olması məsələsinə münasibət bildirən Taleh Ziyadov bildirib ki, bu cür rəqabət qədim dövrlərdə İpək Yolu üzərində olan şəhərlər arasında da vardı:

"Hər bir şəhərin xüsusi ixtisaslaşdığı istiqamət var. Gələcəkdə də bu cür rəqabət olacağına inanırıq. Lakin bu rəqabəti təhdid kimi yox, yük daşınmalarına töhfə verəcək layihə olacaq. Düzgün siyasət aparıldıqdan sonra Bakı bütün liman şəhərlərinin mərkəzinə çevriləcək”.

Orxan Aslanlı
Kamil Əmirli


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol