• $
  • €
  • ₽
  • ₺
  • £

2017-ci il üçün yaşayış minimumu təsdiq edildi

2017-ci il üçün yaşayış minimumu təsdiq edildi
16.12.2016 13:50
Bu gün Milli Məclisin plenar iclasında "2017-ci il üzrə yaşayış minimumu haqqında” qanun layihəsi qəbul edilib.

ANN.Az Trend-in məlumtına görə, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur.

Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün - 164,5 manat, təqaüdçülər üçün - 130,2 manat, uşaqlar üçün - 136,6 manat təşkil edəcək.

Qeyd edək ki, cari ildə yaşayış minimumu 136 manat təşkil edib ki, o cümlədən əmək qabiliyyətli əhali üçün - 145 manat, təqaüdçülər üçün - 115 manat, uşaqlar üçün - 118 manat təşkil edib.

Büdcə zərfində 2017-ci il və növbəti 3 il üçün yaşayış minimumunun artırılması nəzərdə tutulur. Belə ki, 2018-ci ildə 162,6 manata, 2019-cu ildə 169 manata, 2020-ci ildə isə 174,9 manata çatdlırlması proqnozlaşdırılır.

Gələn il Azərbaycanda ehtiyac meyarı 116 manat təşkil edəcək.

Qeyd edək ki, 2016-cı ildə ehtiyac meyarının həcmi 105 manat səviyyəsində təsdiq edilmişdi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol