• $
  • €
  • ₽
  • ₺
  • £

MBNP: “Parabank” hələ BOKT-a çevrilməyib

MBNP: “Parabank” hələ BOKT-a çevrilməyib
21.12.2016 14:48
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğvetmə prosesində olan "Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi və ona bu məqsədlə lisenziya verilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
 
Bununla bağlı "Report”un sorğusunu qurumun Direktorlar Şurası (DŞ) sədrinin müşaviri Rüfət Abbasov cavablandırıb.

Onun sözlərinə görə, MBNP-nın DŞ-nın 21 iyul 2016-cı il tarixli qərarına əsasən, 4 kommersiya bankının, o cümlədən "Parabank”ın lisenziyası ləğv edilib. Buna səbəb həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməmələri, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmamaları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etməmələri, təhrif edilmiş hesabatlar təqdim etmələri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməmələri olub.

"O zaman bankın səhmdarları bizim qərarımızı əsaslı hesab edərək BOKT-a çevrilmələri barədə müraciət etmişdilər. DŞ-nın sədri Rüfət Aslanlı iyulun 22-də keçirilən mətbuat konfransında və sonrakı müsahibələrində çox açıq şəkildə bildirib ki, Palata ləğvetmə prosesinin gedişindən asılı olaraq bu barədə qərar qəbul edəcək və ümumilikdə bu məsələyə müsbət baxır. Yəni, bu mövzuda bizim mövqeyimiz şəffaf olub və mətbuatda geniş işıqlandırılıb”, - deyə R.Abbasov qeyd edib.

Onun sözlərinə görə, ötən dövrdə "Parabank”ın qorunan əmanətləri üzrə kompensasiyalar tam ödənilib, qorunmayan əmanətlər isə ləğvetmə prosesində olan bank və müştərilər arasında tənzimlənib: "Hüquqi şəxslərin hesab qalıqları üzrə öhdəliklər də icra olunub. Bununla bağlı "Parabank”ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu bankın BOKT-a çevrilməsi barədə müraciət edib. Öhdəliklərin icra olunmasını nəzərə alaraq bu məsələyə müsbət baxırıq. Bu məsələyə dair müvafiq məhkəmə qərarı da var. Məndə olan məlumata görə, hazırda bu prosesin hüquqi tənzimlənməsi davam edir və hələlik onlara BOKT lisenziyası təqdim edilməyib”.

R.Abbasov vurğulayıb ki, bank fəaliyyətinə xarakterik öhdəliklər tənzimləndiyi üçün Palata bu məsələyə müsbət baxır və əgər bu proses qanun çərçivəsində davam edərsə lisenziyanın verilməsi istisna olunmur: "Bu proses ləğvetmə prosesində olan bankın müştəriləri, tərəfdaşları, 300-dən çox işçi heyəti və ictimaiyyətin maraqları çərçivəsində və ölkəmizin mövcud qanunvericiliyinə müvafiq olaraq məhkəmə nəzarətində aparılır. Mətbuatın monitorinqi və ictimaiyyətin reaksiyası da göstərdi ki, bankın BOKT-a çevrilməsini təkcə onun işçiləri, müştəriləri və səhmdarları deyil, ümumilikdə ictimaiyyət müsbət qarşılayıb. Palata olaraq maliyyə sektoru üzrə tənzimləmə-nəzarət fəaliyyətimizi ilk dövrlərdə bəyan etdiyimiz qaydada şəffaflıq, qərəzsizlik və qanunvericilik çərçivəsində davam etdiririk".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol