• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanla razılıq əldə edilib" - Türkiyəli nazir

"Azərbaycanla razılıq əldə edilib" - Türkiyəli nazir
21.12.2016 17:15
Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi Azərbaycan və Türkiyə arasında milli valyuta ilə ikitərəfli ticarətin başladılması məsələsində razılaşma əldə edildiyini bildirib.

ANN.Az "A Haber”ə istinadən xəbər verir ki, nazir bu barədə bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin altıncı iclası çərçivəsində məlumat verib. Nazir bildirib ki, Azərbaycanla ticarət razılaşması çərçivəsində 3.5 milyard dollarlıq ticarət həcmi 10 milyard dollara qədər artırılacaq.

Nazir Nihad Zeybəkçi Türkiyənin son dövrdəki siyasətinin milli valyuta ilə ticarətə kökləndiyini bildirib:

"Milli valyuta olan Türk lirəsi ilə ticarət dövriyyəsi yalnız Azərbaycanla deyil, Koreyadan Yaponiyaya, Çindən Rusiyaya bir çox ölkələrlə aparılacaq. Türkiyə xarici ticarət həcminin 10%-ni Türk lirəsi ilə aparılması üçün ciddi hədəflər qoymuşuq. Bu, maliyyə təhlükəsizliyimiz baxımından son dərəcə əhəmiyyətlidir. 2016-cı ili itki olmadan bitirəcəyik. 2017-ci ildə ixracatımız yenidən artacaq”.

Kamil ƏMİRLİ

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol