• $
  • €
  • ₽
  • ₺
  • £

Hərracda satılan dollarlar hara gedir? – EKSPERT DANIŞIR

Hərracda satılan dollarlar hara gedir? – EKSPERT DANIŞIR
22.12.2016 12:20
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) hərraclar vasitəsilə banklara dollar satmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən bankların çoxu dollar satışı həyata keçirmir.

Hərraclarda dollar alan banklar bəs, görəsən, niyə satmaqdan imtina edir? Banklara satılan dollarlar hara gedir? Banklar aldıqları dolları "qara bazar”a yönəldirlər?

İqtisadçı-ekspert Natiq Cəfərli ANN.Az-a açıqlamasında bildirib ki, hərraclarda tələb təklifdən çox olur:
 
"Hər hərracda Neft Fondu satışa 30-35 milyon dollar vəsait çıxarır. Buna baxmayaraq, kifayət qədər böyük - 450-500 milyona dollaradək tələb olur. Təklif isə tələbdən qat-qat azdır.  Demək olar ki, hazırda bankların əksəriyyətinin xarici borcları var və bu borclar da dollarladır. Banklar da hərraclarda aldığı valyutanın böyük hissəsini öz xarici borclarına yönləndirməyə məcburdur. 2016-cı ilin sonu, növbəti ilin əvvəlinə qədər borcların bir hissəsi qaytarılmalıdır. Ona görə, ayrılan maliyyəni bu istiqamətə yönəldirlər. Digər səbəb isə odur ki, onların korporativ müştəriləri var. Yəni həmin müştərilər uzun illərdir, o banklarla işləyirlər. Onların da valyutaya ehtiyacları var. Banklar korporativ müştərilərə xidmət etməyə üstünlük verirlər, nəinki, digər müştərilərə. Üçüncü səbəb isə ondan ibarətdir ki, banklarda dolların yaxın gələcəkdə daha da bahalaşacağına dair gözlənti var. Bir müddət sonra banklar əllərində olan dolları daha baha məzənnə ilə manata çevirə biləcəklər. Yəni, bu istiqamətdə gözləmə mövqeyini tuta bilərlər”.

"Dolların bir hissəsinin banklar tərəfindən "qara bazar”a çıxarılma ehtimalı çox yüksəkdir. Ancaq ölkədə "qara bazar”ın yaranmasının günahkarı birbaşa olaraq banklar deyil. Valyutaya ciddi tələb olub təklif olmayanda "qara bazar” yaranır. "Qara bazar”ın yaranması daha çox maliyyə institutlarının, eləcə də, Mərkəzi Bankın günahıdır. Əgər bazarın normal şəkildə valyuta təminatı olsaydı, valyuta dəyişmə məntəqələri bağlanmasaydı, "qara bazar” da yaranmazdı. İqtisadiyyatında və bank sistemində problemləri olan ölkələrdə "qara bazar” olur. Bizim yaxın çevrəmizdə olan iki ölkədə - Türkmənistan və Özbəkistanda "qara bazar” var. Orada da eyni hal hökm sürür deyə, "qara bazar” mövcuddur. Amma Avropa ölkələrində "qara bazar” anlayışının nə olduğunu heç başa da düşmürlər. Həmçinin, Türkiyədə, Gürcüstanda, Rusiyada, Qazaxıstanda və s. Eləcə də, digər ölkələrdə "qara bazar” anlayışı yoxdur”, - deyə N.Cəfərli əlavə edib. 
 
 
Xatırladaq ki, bu ilin oktyabrın 5-dən etibarən, Mərkəzi Bank valyuta hərracında yeni qayda tətbiq edib. Qaydaya əsasən, Mərkəzi Bank valyuta hərraclarının nəticələri ilə bağlı ətraflı məlumatların verilməsini dayandırıb, hərraca çıxarılan və satılan vəsaitlərin məbləğləri hər ayın sonunda açıqlanır. 

Dövlət Neft Fondu noyabr ayında keçirilmiş valyuta hərraclarında banklara 301,5 milyon dollar məbləğində vəsait satıb.

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol