Bu gün iki qəsəbə qazsız qalacaq

Bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Alatava” və "Puta” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
ANN.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonun Güzdək və Qızdaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























