• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzində mənzillər ikiqat ucuzlaşdı

Bakının mərkəzində mənzillər ikiqat ucuzlaşdı
23.12.2016 10:25
Bakının mərkəzi hissələrində mənzillərin kütləvi satışına başlanılıb.

ANN.Az-ın Fins.az-a istinadən məlumatına görə, söhbət metronun "28 May” stansiyasından "Sahil” və Tibbi Universitetinə qədər, eyni zamanda "Nərimanov” stansiyasına yaxın ərazilərdən gedir.

Ekspert Vaqif Hüseynov bildirib ki, dolların bahalaşmaqda davam etməsi əmlak bazarında da vəziyyəti dəyişib:

"Əmlak bazarında bir il əvvəlki vəziyyət yenidən təkrarlanır. Heç kim təsəvvür edə bilməzdi ki, "28 May” metrostansiyasının yaxınlığında 70 min manata ev almaq olar. Amma hazırda bu belədir. 

Bu ərazilərdə evlər 40%-dən 2 dəfəyə qədər ucuzlaşıb.

Məsələn, əvvəl 130-140 min manata satılan 70 kvadratmetrlik evlər indi 70-100 min manata qədər ucuzlaşıb. Ucuzlaşma, xüsusilə də 1-2 otaqlı evlərdə müşahidə edilir”.

V.Hüseynovun sözlərinə görə, buna səbəb dolların bahalaşmaqda davam etməsi və manata inamın azalmasıdır. Belə ki, əvvəl əlində qalan pulunu investisiya kimi şəhərin mərkəzi hissələrində olan evlərə yatıran vətəndaşlar bu evləri dərhal sataraq vəsaiti dollara çevirmək üçün tələsirlər. 

Evin dərhal satılması üçün vətəndaşlar qiyməti xeyli aşağı salırlar. Digər tərəfdən satışa çıxarılan belə evlərlə bağlı bazarda təklifin artması qiymətlərə xeyli təsir göstərib.

Ekspert bildirir ki, vəziyyəti elan saytlarında satışa çıxarılan evlərin də sayında müşahidə etmək olar. Hazırda Bakının sadalanan ərazilərində satışa çıxarılan ev elanlarının sayı 30-40% artıb.

İqtisadçı qeyd edib ki, "Sahil”, "İçərişəhər”, "Gənclik” metrostansiyaları, Nizami küçəsi kimi ərazilərdə isə daşınmaz əmlakların qiymətləri stabil olaraq qalır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol