• $
  • €
  • ₽
  • ₺
  • £

Manatla olan borclarınızı təcili geri alın – XƏBƏRDARLIQ

Manatla olan borclarınızı təcili geri alın – XƏBƏRDARLIQ
27.12.2016 16:23
"Manat yenə növbəti ilə gerçək məzənnəsi ilə qədəm qoya bilməyəcək”. 

Modern.az xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu öz şərhində bildirib. 
 
Ekspert deyib ki, Mərkəzi Bank əlavə 1 ili də belə " boşa xərclədi":
 
"Manatın "xəstəliyi" iqtisadiyyatın bütün sahələrinə təsir etdi. İl ərzində 50 mindən çox iş yerləri bağlandı, əmək haqları və pensiyalar dəyərsizləşdi, istehlak bazarında nəinki idxal malları, həm də idxal komponentləri olan yerli məhsullar da bahalaşdı, inflyasiya ikirəqəmli ədədlə ifadə olundu. Xarici borc öhdəliklərini yerinə yetirə bilməyən "Azərenerji”, ARDNŞ kimi inhisarçı şirkətlərin müraciətləri əsasında elektrik enerjisi və qazın ikinci dərəcəli tarifləri müvafiq olaraq 1.6 və 2 dəfə artırıldı.
 
2017-ci ildə büdcə kəsiri son 10 ilin zirvəsinə qalxdı, xarici ticarət və tədiyə balansının mövqeləri xeyli zəiflədi”.
 
Q.İbadoğlu deyib ki, bütün bunların nəticəsində manatla bağlı narahatlıqlar bir az da artdı:
 
"Milli valyuta növbəti ilə 3 məzənnə (valyuta hərracının məzənnəsi, kommersiya banklarının məzənnəsi və "qara bazar" məzənnəsi) ilə qədəm qoyur. Onların arasında "qara bazar" ən çox müzakirə mövzusuna çevrildi. Bəzi orqanlar da "qara bazar"ı ləğv etməyi qarşısına məqsəd qoysa da ona nail ola bilmədi. Çünki, manatın banklardakı məzənnələri real bazar dəyərini ifadə edə bilmədi, onun satışı tam liberallaşdırılmadı.
 
Ən başlıcası isə bəzi banklar özləri "qara bazar"ın əsas təchizatçısına və tədarükcüsünə çevriliblər və indiyədək iri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırdırılar. Əslinə "qara bazar" kiçik deyil, iri valyuta əməliyyatlarının alqı-satqısı üçün yarandı. Bu bazarda ünsiyyət vasitələri də bir çox hallarda canlı deyil, telefon rabitəsi ilə yaradılır. Hazırda bir zənglə lazım olan qədər valyuta sifariş verənlər də elə banklarla əlaqəli şəkildə işləyirlər. Çünki, banklar üçün "qara bazar" dan çox onun məzənnəsi əhəmiyyətlidir. Elə ona gündəlik "qara bazar" kursunu dərc etməkdə mətbu orqanlar heç bir əziyyət çəkmirlər. Çünki, onlar belə məlumatları real deyil, virtual bazarlardan alırlar. 
 
İqtisadçının fikrincə indiki halda "qara bazar” kommersiya banklarının fəaliyyəti üçün olduqca vacibdir:
 
"Bəllidir ki, "qara bazar"da formalaşan məzənnənin kommersiya banklarının alqı-satqı kursundan bir neçə qəpik də olsa da yuxarıdır, bu fərq də iri valyuta əməliyyatlardan böyük qazanclar götürmək üçün kifayət edir. Ona görə də hazırkı "qara bazar"lar bəzi kommersiya banklarına lazımdır. Məhz belə bazarların yaşamasında da ən çox marağı olanlar bəzi banklardır. Nə qədər ki, manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyib bir o qədər də "qara bazar"lar mövcud olacaq. Odur ki, müvafiq orqanlar "qara bazar"la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidir. Çünki, bundan başqa alternativ yoxdur. 
 
Yekunda məsləhtim odur ki, ilin sonuna manatla olan borclarınızı geri almağa çalışın və manatla yeni borclar verməyin. Çünki, növbəti ildə manat dollar nisbəti bu ildəkindən xeyli fərqli olacaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol