DGK gücləndirilmiş iş rejiminə keçdi

Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq yolu ilə ölkəyə malların gətirilməsinin qarşısını almaq məqsədilə bir neçə gündür gücləndirilmiş iş rejimində çalışır.
"APA-Economics" xəbər verir ki, bunu DGK sədri Aydın Əliyev bildirib.
"Azərbaycan sərhədi yalnız sərhəd-keçid məntəqələrindən ibarət deyil. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq yolu ilə ölkəyə malların gətirilməsinin qarşısını almaq üçün ayıq-sayıq xidmət göstərir. Bəzi şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə hər hansı malların keçirilməsinə nail olur. Lakin biz bir neçə gündür gücləndirilmiş iş rejimində çalışırıq. Daxil olmuş məlumatlar əsasında biz bir neçə obyektdə yoxlama da həyata keçirmişik və qaçaqmalçılıq yolu ilə gətirilmiş və dövriyyəyə buraxılmış malların müsadirəsinə nail olmuşuq", - deyə komitə sədri qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















