• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: "Bəzi verilişlər tamaşaçı zöqünü korlayır"

MTRŞ: "Bəzi verilişlər tamaşaçı zöqünü korlayır"
28.12.2016 13:39
"Bu ilin ən mühüm qərarı ANS TV və ANS ÇM-in lisenziyasına xitam verilməsi oldu". 

ANN.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib. 

Onun sözlərinə görə, cari il ötən illərlə müqayisədə teleradio yayımçıları tərəfindən demək olar qanunçuluğa daha çox riayət edilməsi ilə diqqəti cəlb edib:
 
"Əgər əvvəlki illərdə verilişlər, aparıcılarla bağlı daha çox pozuntu halları, şikayətlər olurdusa, ancaq bu il xeyli azalıb. Bu da MTRŞ-nin əvvəlki dövrlərdə atdığı addımların, verdiyi qərarların öz təsirini göstərdiyinə əyani sübutdur. Əlbəttə, bu il də Şura yayımçılara qarşı müvafiq cəzalar tətbiq etmək məcburiyyətində qaldı. Bu da yayımçıların qanunvericiliyin tələblərinə riayət etməməsi səviyyəsinə adekvat olub. Xüsusilə ANS TV və ANS ÇM-in lisenziyasına xitam verilməsini 2016-cı ilin ən mühüm qərarı olduğunu deyə bilərik. Şuranın apardığı monitorinqlər yayımçıların qanunvericiliyin xüsusilə ağır maddələri üzrə pozuntulara yol verdiklərini və bunu davamlı şəkildə təkrarladıqları müşahidə olunmuşdu. Nəticədə onların fəaliyyəti dayandırıldı".
Şöbə müdiri bildirib ki, bu gün ölkədə teleradio sisteminin inkişafı hansısa fərdlərdən, yayımçılardan asılı deyil: "Artıq teleradio yayımı sahəsi özlüyündə bir sistem, bir prosesə çevrilib. Bu sistem və proses zamanı çatdığında öz sıralarını saf-çürük edə, təmizləyə, daha keyfiyyətliləri ilə yola davam edə bilər. Bir və ya iki yayımçının olmaması sistemin ahəngini poza bilməz. Bu gün Azərbaycanın teleradio məkanında öz yeri, dəst-xətti olan onlarla yayımçı var. Yayımçıların proqram səbətləri də rəngarəngdir. Məlumdur ki, ölkədə həm tematik, həm də adi yayımçılar var. Artıq tamaşaçı seçim imkanlarına malikdir. Yayımçıların proqram səbətinin rəngarəngliyi xüsusilə önəmlidir. Təbii ki, müşahidələrimiz büdcədən maliyyələşən yayımçıların maarifləndirici və ciddi proqram səbətinə malik olduqlarını göstərir. Özəl yayımçılar isə ciddi verilişlərlə yanaşı, musiqiyə, əyləncəyə xüsusi önəm verirlər. Əlbəttə, bu da normal haldır. Düzdür, əyləncəli layihələrlə bağlı müəyyən problemlər diqqəti cəlb edir. Belə ki, bir sıra yayımçılar əyləncəli verilişləri lazımı səviyyədə təqdim edə bilmirlər. Bu da tamaşaçı zövqünün korlanmasına gətirib çıxarır və haqlı narazılığa, Azərbaycan tamaşaçısının xarici telekanallara yönəlməsinə gətirib çıxarır. Bu, Şuranı ən çox narahat edən məsələlərdəndir".

T.Dadaşov vurğulayıb ki, son vaxtlar kütləvi şəkildə yayımlanan yumoristik teleseriallar da diqqəti cəlb edir:
 
"Məlumdur ki, həmin teleserialların geniş tamaşaçı auditoriyası var. Deməli, onlara ehtiyac var. Bu gün həmin teleseriallardan ciddi şikayətlər yoxdur. Eyni zamanda, həmin teleserialları yayımlayan telekanallar proqram səbətlərində daha sanballı verilişlər verməklə balansı saxlaya bilirlər. İnanırıq ki, 2017-ci il yayımçılar üçün daha uğurlu il olacaq".  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol