• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər
29.12.2016 10:27
Yaxın illərdə "Azərenerji” ASC, Energetika Nazirliyi və digər müvafiq qurumlar səmərəliliyə dair investisiya tələblərini özəlləşdirmə şərtlərinə daxil edərək, optimal elektrik stansiyalarının özəlləşdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

ANN.Az "Report”a istinadən xəbər verir ki,bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. 

Sənədə əsasən, özəlləşdirməyə üstünlük verildiyi təqdirdə, aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparılaraq, strateji baxımdan özəlləşdirmə predmeti olmayan mühüm aktivlər müəyyən ediləcək:
 
"Azərenerji” ekspertlər cəlb etməklə və standart göstəricilərin müqayisəsini aparmaqla, texniki-iqtisadi əsaslandırmalara və təhlillərə əsasən, səmərəliliyinin artırılması zəruri olan elektrik stansiyalarını, habelə bu stansiyalarda səmərəliliyin yaxşılaşdırılması üzrə münasib mexanizmləri müəyyənləşdirəcək. Eyni zamanda, Cəmiyyət səmərəliliyi yüksək olan yeni stansiyalarla təchizatın təhlükəsizliyini təmin etməklə yanaşı, ən səmərəsiz işləyən stansiyaların istismarının dayandırılmasını nəzərdən keçirəcək. Səmərəliliyin artırılması ilə bağlı yerinə yetiriləcək işlərin ölkənin elektrik enerjisi istehsalına göstərə biləcəyi mənfi təsirləri minimuma endirmək məqsədilə elektrik stansiyalarının istismara başlanma vaxtının mərhələli qrafikinə uyğun olaraq, təkmilləşdirmə işləri üçün ən münasib vaxt müddətləri təyin ediləcək”.

Sənəddə həmçinin bildirilir ki, "Azərenerji” və Energetika Nazirliyi təchizatçı və ya investor seçmək üçün şəffaf meyarlar əsasında modernləşdirməyə dair tender elan edəcəklər:
 
"Onlar, həmçinin, müvafiq əsas icra göstəricilərini müəyyən edib idarəetmənin monitorinqini aparacaqlar (özəl sektor iştirakçıları üçün icraəsaslı tənzimləmənin həyata keçirilməsi). Daha sonra tender əsasında seçilmiş təchizatçı və ya özəl tərəfdaşla birgə modernləşdirmə işlərinə başlayacaq və işlərin gedişinə nəzarət etmək üçün işin icrasının idarə edilməsi mexanizmlərindən istifadə edəcəklər”.

"Strateji Yol Xəritəsii"nə əsasən, bu prioritetin həyata keçirilməsi nəticəsində mövcud portfeldəki təbii qazla işləyən elektrik stansiyalarının səmərəliliyinin artması ilə, 2020-ci ildə real ÜDM-in 70 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 75 milyon manat artacağı proqnozlaşdırılır.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol