• $
  • €
  • ₽
  • ₺
  • £

"Elektron ticarətə vergi tətbiqi üçün iş aparılır" - Nazir müavini

"Elektron ticarətə vergi tətbiqi üçün iş aparılır" - Nazir müavini
29.12.2016 12:04
"Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı bəzi ekspertlər bildirir ki, bu sahə ümumiyyətlə vergiyə cəlb edilməsin. Lakin son günlər bizə bir sıra müraciətlər daxil olur və bildirilir ki, elektron ticarət vergiyə cəlb olunmur, amma bundan az əziyyət çəkilmir. Burada ədalət prinsipi pozulur”. 
 
ANN.Az xəbər verir ki, bunu Vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhinə dair keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, Dövət Statistika Komitəsinin məlumatlarına əsasən deyə bilərik ki, bu sahəyə güclü nəzarət olmadığından orada çox aşağı məbləğdə vergi tutulur: 

"Lakin söhbət yüz milyonlarla manatdan gedir. Hərtərəfli şəkildə və uzun müddət bu istiqamətdə iş aparılıb. Çalışırıq ki, bu barədə bütün suallar tam şəkildə cavabını tapa bilsin və normal rüsum tətbiq edilsin”.

"Vergi orqanı olaraq ən ümdə vəzifələrimizdən biri odur ki, büdcənin gəlir hissəsinin dolmasını təmin etməkdir. Konstitusiyanın 71-ci maddəsində göstərilir ki, dövlət tərəfindən müəyyən olunmuş vergiləri ödəmək hər kəsin borcudur. Hər kəs vergisini verməlidir ki, dövlətə çatmalı olan vəsait büdcəyə otursun və dövlət xərclərini qarşılasın. Lakin bu gün məlumatlar daxil olur ki, qazanc, gəlir əldə edilir, lakin vergidən yayındırılaraq, ayrı-ayrı şəxslərin cibinə gedir. Bunun da qarşısı alınmalı və dövlətə ödənilməli olan vəsait birbaşa dövlət büdcəsinə çatmalıdır”, - deyə S. Ələkbərov əlavə edib.

Orxan Aslanlı 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol