• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın hər bir regionunda ticarət palataları yaradılacaq

Azərbaycanın hər bir regionunda ticarət palataları yaradılacaq
03.01.2017 22:33
2017-2020-ci illərdə Azərbaycanın hər bir regionunda ticarət palatalarının yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, hər bir regionda sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və onlara dəstək xidmətlərinin göstərilməsi üçün ticarət palatalarının yaradılması imkanları nəzərdən keçiriləcək. Ticarət palataları dövlətlə sahibkar arasında körpü rolunu oynayacaq və öz üzvlərinə beynəlxalq təcrübəyə uyğun olan xidmətlər göstərəcək.
 
Sahibkarların ticarət palatalarına inamını möhkəmləndirmək üçün müvafiq addımlar atılacaq, qabaqcıl ölkələrdə olduğu kimi, palatalara konsultativ statusun verilməsi məsələsi nəzərdən keçiriləcək. Bu, hazırlanan qanun layihələri ilə bağlı palatalarla məsləhətləşmələrin aparılmasına və dövlət orqanları yanında ictimai şuralarda ticarət palatalarının üzvlərinin iştirakına şərait yaradacaq.

Yaradılacaq palataların əsas məqsədi, ilk növbədə, sahibkarların onlara inamının artırılmasından, ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı əngəllərin aradan qaldırılmasından ibarət olacaq. Əsas hədəf kimi palatalara üzv olacaq şirkətlərin ixrac imkanlarının artırılması, bazarda zəif mövqeyə sahib şirkətlər üçün yeni ideyaların verilməsi, maliyyə vəsaitlərinə əlçatanlığın təmin olunması istiqamətləri müəyyənləşdiriləcək.

Bundan başqa, yol xəritəsində bildirilir ki, Azərbaycanda dövlət-özəl əməkdaşlığının gücləndirilməsi üçün, ilk növbədə, mövcud qanunvericilik bazası təhlil ediləcək və müvafiq təkmilləşdirmələr üzrə təkliflər irəli sürüləcək. Bu islahatlar, əsasən, sahibkarları təmsil edən qurumların hüquqi statusu, onların maraqlarını ifadə imkanları, dövlətlə özəl sektor arasında konstruktiv dialoqun qurulması və digər əlaqəli məsələləri əhatə edəcək.

Yol xəritəsinə əsasən, həmçinin 2017-2018-ci illərdə ölkədə biznes assosiasiyalarının gücləndirilməsi planlaşdırılır. İlk növbədə, Azərbaycanda biznes assosiasiyalarının qanunvericilik bazası öyrəniləcək, onların hüquqi statusu bir daha nəzərdən keçiriləcək və müvafiq təkliflər hazırlanacaq. Bununla yanaşı, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sahələr üzrə biznes assosiasiyalarının yaradılması təşviq ediləcək.
 
Assosiasiyaların yaradılması və onların maliyyə dayanıqlılığının təmin edilməsi mexanizmləri hazırlanacaq və sahibkarların bu assosiasiyaların faydasına inamını gücləndirmək üçün müvafiq tədbirlər görüləcək.

Bu prioritetin həyata keçirilməsi nəticəsində dövlətlə özəl sektor arasında münasibətlərin tənzimlənməsi sahəsində daha təkmil addımlar atılacaq, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı yeni mərhələyə qədəm qoyacaq. Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində Azərbaycanda dövlət-özəl əməkdaşlığının tam institusionallaşması təmin ediləcək.

Bu prioritetin icrası üçün əsaslı investisiya qoyuluşu tələb olunmur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol