• $
  • €
  • ₽
  • ₺
  • £

Spirtli içkini nağd alanlar həbs oluna bilər

Spirtli içkini nağd alanlar həbs oluna bilər
06.01.2017 12:29
Alkaqollu və tütün məhsulları istehsalçılarından nağd qaydada mal alan və satan şəxs məsuliyyəyə cəlb olunacaq.
 
Fins.az xəbər verir ki, bu zaman tətbiq edilən cəza kateqoriyası azadlıqdan məhrum olunmaya qədər gedib çıxır. 

Bununla bağlı maddə belədir: 213-1.3. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma -min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Üstəlik, bu qaydaların 2017-ci il yanvarın 1-dən tətbiq olunması nəzərdə tutulur. Hazırda marketlərdə çoxlu sayda mal qalığı kimi spirtli içki və tütün məhsulları var. Hazırki məhsullartın taleyi necə olacaq?

Ekspert Vəli Əliyevin sözlərinə görə, yanvarın 1-dən sonra marketlər həmin məhsullara görə sənəd tələb edəcəklər. 2016-cı ildə əldə olunan məhsullar üzrə bu sənədi verə bilməyəcəklər. Heç olmasa Vergi Məcəlləsində bu barədə keçid müddəa qoyulmalıdı idi ki, sahibkarlar bu cür problemlərlə üzləşməsinlər. Yanaşma düzgün deyil. Xatırlayırsınızsa, 2016-cı ilin əvvəlində belə bir hadisə təkrarlanmışdı və bu zaman yalnız cənab Prezidentin məsələyə müdaxiləsindən sonra problem həll olundu.

Yaxın keçmişdə bir sıra ölkələrdə mühasibat və vergi uçotunda  radikal dəyişiklik aparılmadan öncə uçot subyektlərinə yeni qaydaları tətbiq etmək üçün keçid dövrü kimi kifayət qədər vaxt verilmişdi. Buna misal kimi keçmiş sovet blokuna daxil olan şərqi avropa ölkələrini, BƏƏ-ni  göstərmək olar. Bu keçid dövrü ərzində dəyişiklik üçün zəmin hazırlanmış, treninqlər keçirilmiş və yalnız sonra həmin dəyişikliklər qüvvəyə minmişdi. Təbii ki, yeni qaydalar qüvvəyə mindikdən sonra həmin qaydaların pozulmasına görə sərt cəza tədbirləri də tətbiq olunub. V.Əliyev hesab edirik ki, hazırki şəraitdə keçid dövrü azı bir il müəyyən edilməli, bu dövrdə bütün sahibkarlıq subyektləri uçota alınması təmin edilməli, məhsulun istehsalından  və ya idxalından başlayaraq istehlakçıya çatdırılmasına qədər zəncirin bütün halqalarında sənədli rəsmiləşmə təmin edildikdən sonra qaydaları pozanlara qarşı sərt cəza tədbirlərinin həyata keçirilməsinə başlanılmalı idi.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol